Suriyanın hökumət qüvvələrinin hava zərbələri 20 adamın ölümünə səbəb olub

Suriyanın İnsan Haqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, hökumət qüvvələrinin hava zərbələri 20 adamın ölümünə səbəb olub. Qrup Salma bölgəsindəki hücum zamanı ölənlərin yarısının rəqib döyüşçülər olduğunu xəbər verir.

Suriya münaqişəsi təriqətlərarası zorakılıqların vüsət alması ilə nəticələnib. Hazırda sünni müsəlmanlar prezident Əsədin ələvilərin əksəriyyət təşkil etdiyi hökuməti əleyhinə mübarizə aparır.
Eyni zamanda ABŞ və Rusiya rəsmiləri Suriya sülh danışıqlarının tez bir zamanda təşkilinə eytiyac olduğunda razılaşıblar.

Moskvanın Əsəd rejimini, ABŞ-ın isə müxalifəti dəstəkləməsinə baxmayaraq, onlar Suriya böhranının həlli məqsədi ilə beynəlxalq konfrans keçirilməsinə çalışır.

Dünən ABŞ dövlət katibi Con Kerri və müdafiə naziri Çak Heygel Vaşinqtonda Rusiya xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu ilə danışıqlar aparıb.

Nazirlər Suriya böhranının həlli yollarını müzakirə ediblər.