BMT-nin Qaçqınlar üzrə Agenliyinin bildirdiyinə görə, son günlər Suriyadan İordaniyaya qaçan insanların sayı iki dəfə artıb. Keçən həftə qaçqınların sayının 10 min 200 nəfərə qədər olduğunu deyən agentlik, bunun kütləvi hal alacağından narahatlığını bildirib.
BMT-nin Cenevrədəki Qaçqınlar Üzrə Ali Komisarlığının sözçüsü Melissa Fleming İordaniyanın şimal bölgəsindəki Zəatri düşərgəsindəki qaçqınların əsasən döyüşlərə səhnə olan Dəra bölgəsindən olduqlarını deyib. Sözçü qaçqınların sərhəddən keçərkən bomba hücumlarına məruz qaldıqlarını bildirib. İiyul ayının 30-u Zəatri düşərgəsi açılandan bəri Suriyadan düşərgəyə 22 mindən çox qaçqın yerləşdirilib.