Suriya daxilində 1.5 miliyon, xaricdə isə 358000 nəfərdən artıq qaçqın var
BMT-nin qaçqınlar agentliyi (UNHCR) qeydiyyatdan keçmiş Suriya qaçqınlarının 358 000 nəfərdən artıq olduğunu bildirir. BMT-nin qaçqınlar agentliyinin bildirdiyinə görə, hazırda Livan bölgədə Türkiyə və İordaniyadan sonra qaçqınların sayının 100000 nəfəri keçdiyi üçüncü ölkədir.
Livanda baş verən son iğtişaşın ölkədəki strukturların fəaliyyətini müvəqqəti pozub. Bu fəaliyyətlərə Suriya qaçqınlarının cənubi Livanın Tripoli, Akar, Beyrut və Sidon şəhərlərində qeydiyyata alınması da daxildir.
Keçən həftə Beyrutda avtomobilə yerləşdirilmiş bombanın partladılması nəticəsində Livanın yüksək rütbəli təhlükəsizlik rəsmisi də daxil olmaqla, səkkiz nəfər həlak olub. Livanlıların çoxu bomba partlayışına görə məsuliyyəti Dəməşqdə görür, bununla yanaşı insanlar Suriyadakı müharibənin sərhədlərindən kənara keçəcəyindən qorxur.
BMT-nin qaçqınlar agentliyinin mətbuat katibi Melissa Fleming bildirib ki, təşkilat hazırda Livandakı təhlükəsizliyin durumunu qiymətləndirir və şərait imkan verdiyi təqdirdə əməliyyatları divam etdirməyə ümid edir.
Türkiyədə isə qaçqınların durumu fərqlidir. BMT-nin qaçqınlar agentliyinin verdiyi məlumatda Türkiyənin yeddi əyalətində qurulan 14 düşərgədə 100000-dən artıq Suriya qaçqınlarının sığınacaq tapdıəğını bildirilir. Bundan əlavə təxminən 70000-dən artıq insanın düşərgələrdən kənarda yaşadığı bildirilir.
Türkiyə sərhədlərini Suriyadan gələn qaçqınlar üçün açıq saxlamağa davam edir. Rəsmilər 10000 nəfərdən artıq suriyalının Kilis və Hatay əyalətləriilə qonşu Suriya tərəfində toplaşdığını bildirir.
105000 nəfərdən artıq suriyalı İordaniyada qaçqın kimi qeydiyyata alınıb, ya da qeydiyyata alınmaq üçün gözləyir. 42000-dən artıq suriyalının isə İraqa qaçdığı bildirilir. Bundan əlavə agentlik Afrikanın şimalında 6800 nəfərdən artıq suriyalının qeydiyyatdan keçdiyini deyib. Keçən həftə Misir rəsmiləri ölkədə 150000-ə yaxın suriyalı qaçqının olduğunu bəyan edib.
Suriya daxilində 1.5 miliyona yaxın insan evindən didərgin düşüb. BMTqaçqınların əsasən davam etməkdə olan zorakılıqdan əziyyət çəkdiyini deyir. Təşkilat onların səhra şəraitində çadırlarda yaşadıqlarını, bu insanların çoxunun təhlükəsizlik məhdudiyyətlərinə görə ən sadə yardımlardan belə məhrum olduğunu bildirir.
BMT və Ərəb Liqasının Suriya üzrə elçisi Lakdar Brahimi dördgünlük Qurban bayramı ərəfəsində atəşkəsin əldə olunmasına çalışır. Melissa Fleminq deyir ki, mümkün barışığın əldə olunacağı təqdirdə BMT qaçqınlar agentliyi Hələbdə ailələrə yardım məqsədilə 5000 min ədədə yaxın fövqəladə yardım paketi hazırlayıb, digər 5000 yardım isə yoldadır.
O, barışığın əldə olunacağı təqdirdə bu ləvazimatın müharibənin tüğyan etdiyi Hələb və İdlib şəhərləri yaxınlığında yaşayan 10000 ailəyə paylana biləcəyini deyib.