Suriya paytaxtında toqquşmalar başlanıb

  • Amerikanın səsi

Suriya müxalifəti bildirir ki, dünən gecə paytaxt Dəməşqdə toqquşmalar baş verib.

Suriya İnsan Haqları Müşahidəçiləri qrupu və Lokal Koordinasiya Komitəsi (LKK) deyir ki, hökumət qüvvələri ilə üsyançılar arasında döyüşlər Kfar Suseh məhəlləsində baş verib. LKK bildirib ki, hökumət döyüş baş verən əraziyə xeyli canlı qüvvə gətirib.

Təlafatlar haqda ətraflı məlumat yoxdur.

Son zorakılıqlar intiharçı özünü Deir əs-Zurdakı dövlət təhlükəsizlik binası qarşısında partlatdıqdan bir neçə saat sonra başlanıb. Həmin partlayışda azı doqquz adam həlak olmuş, 100-ə yaxın adam yaralanmışdır.

Suriya dövlət televiziyası zədələnmiş binaları, yanan maşınları və çevrilmiş yük maşınlarını göstərib.

Hücuma görə heç kəs məsuliyyəti öz üzərinə götürməyib.