Suriya parlamenti ölkənin şimal-qərbində qonşu Türkiyə ilə gərginliyin artması fonunda ermənilərin bir əsr əvvə lOsmanlı İmperiyasında kütləvi şəkildə öldürülməsini soyqırım kimi tanıdığını açıqlayıb.
Parlamentin fevralın 13-də vebsaytında yerləşdirdiyi bəyanatda bildirib ki, Xalq Məclisinin üzvləri yekdilliklə "20-ci əsrin əvvəllərində Osmanlı dövləti tərəfindən ermənilərə qarşı törədilmiş soyqırımı" tanıyan və qınayan qətnamə qəbul edib.
Suriyada vətəndaş müharibəsi başlamadan əvvəl orada 100 mindən çox etnik erməni yaşayırdı. Onların çoxu artıq ölkəni tərk edib. Minlərlə insan Ermənistana qaçıb.
Suriya parlamenti 2016-cı ildə keçirilən səsvermə nəticəsində seçilmiş prezident Bəşər Əsəd hökumətinin tərəfdarlarından ibarətdir. Həmin zaman insanlar müharibə səbəbilə səvermədə iştirak edə bilməmişdi. Suriya müxalifəti bu parlamenti tanımır.
Türkiyə isə cavab olaraq səsverməni Dəməşqin "riyakarlığı" adlandırıb.