Suriya sülh danışıqları yenidən təxirə salınıb

Syria - Brahimi

Müxalifət nümayəndə heyəti Suriya sülh danışıqlarında keçid hökumətinin yaradılmasına dair tərəflərin baxışlarında böyük fərqlilik olduğundan danışıqların ləğv edildiyini bildirib.

Suriya Milli Şurasının nümayəndə heyəti Suriya hökumətinin ölkənin gələcəyi barədə təkliflərini dinləmədən danışıqları dayandırıb.

Sənəd hazırda Cenevrədə keçirilən danışıqların baza prinsipi hesab edilir və hər iki tərəfin razılığı ilə keçid hökumətinin yaradılması da daxil olmaqla, Suriya böhranına son qoyma yolunda bir neçə mərhələnin vacibliyini vurğulayır.

Suriya prezidenti Bəşar Əl-Əsədə qarşı mübarizə aparan üsyançılar onun hakimiyyətdən getməsinə israr edir. Suriya hökuməti isə cənab Əsədin hakimiyyətdən getməsinin müzakirə mövzusu olmadığını deyir.

Bazar ertəsi Suriya hökuməti ölkənin gələcəyi üçün sənəd təklif edib. Müxalifət tərəfi sənədi rədd edib. Buna səbəb sənəddə terrorizmlə mübarizə və üsyançıları pul və silah-sursatla təmin etmənin dayandırılması qeyd edilir.

Müxalifət sözçüsü hər iki tərəfin mühasirəyə aldıqları şəhərləri azad etmək barədə əldə edilən razılığının bir hissəsi olaraq Suriya Milli Şurasının ölkənin şimalında, hökuməti dəstəkləyən üç kəndi mühasirədən azad edəcəyini deyib.