Prezident Bəşər Əsədə sadiq qüvvələrin Livanda kəndi minamyot atəşinə tutması ilə Suriya münaqişəsi qonşu dövlətə yayılıb. İnsident üsyançıların sərhədi keçərək sığınacaq tapmasından sonra baş verib.
Əsədi devirmək uğrunda vuruşan üsyançılar Livanın şimalından platsdarm kimi istifadə edirlər. Suriya qüvvələrinin üsyançıları qonşu dövlətdə təqib etmələri böhranın alovlanma ehtimalını artırır.
Vadi Xalid regionunun sakinləri deyirlər ki, mərmilər sərhəddən 5-20 kilometr məsafədə yerləşən ferma binalarına dəyərək beş adamın ölümünə bais olub. Günorta çağı sakinlər əlavə atəş və partlayış səsləri eşitdiklərini xəbər veriblər.
Bu arada Çin Rusiyaya qoşularaq ABŞ-ın bu iki dövlətin Suriyada problemin həllinə maneə olması haqda dediklərini rədd edib. Çin xarici işlər nazirlyinin sözçüsü dövlət katibi Hillari Klintonun bəyanatını “qəbuledilməz” adlandırıb.
Cümə günü Parisdə Əsədin rəqiblərini dəstəkləyən hökumətlərin toplantasında xanım Klinton Rusiya və Çini Suriya liderinə dəstək verməklə problemin dinc yolla həllini əngəlləməkdə təqsirləndirmişdi.