BMT: “Koronavirus Suriyanın fəlakəti ola bilər“

BMT-nin Humanitar Məsələlər üzrə rəhbəri müharibənin getdiyi Suriyada koronavirus yayılarsa, bunun ölkənin fəlakəti olacağı barədə xəbərdarlıq edib.

"Bizim fərziyyə etdiyimiz kimi, əgər bu virus başqa yerlərdə olduğu kimi Suriyada da eyni şəkildə davransa bu, faciənin başlanması deməkdir" - deyə, çərşənbə günü BMT-nin Təhlükəsizlik Şurasının uzaq məsafədən keçirilən iclasında Mark Lovkok bildirib.

O, təxminən on ildir davam edən müharibənin səhiyyə sistemini bərbad vəziyyətə qoyan ölkənin hətta ən zəngin dövlətləri belə çətin vəziyyətə salan virusun qarşısını ala bilməyəcəyini deyib.

"Biz milyonlarla sıx vəziyyətdə yaşayan məçburi köçkünün lazımi sanitariya və təhlükəsizlik tədbirlərinın alınmadığı yerlərdə nailiyyət əldə ediləcəyini gözləyə bilmərik" , deyib Loukok.

Ölkədə 43 yoluxma və 3 ölüm halı qeydə alınsa da, testlər geniş şəkildə aparılmır. Mövcud hallar paytaxt Dəməşqdə və onun ətraflarında baş verib. COVID-19 səbəbindən bir ölüm halı ölkənin şimal-şərqində qeydə alınıb.

Üsyançıların ölkənin şimal-qərbindəki son böyük istehkamı olan İdlib əyalətinə yardım ən çox Türkiyə ilə sərhəddən keçir. Loukok Rusiya ilə Türkiyə arasında mart ayının əvvəlində razılaşdırılmış atəşkəsin bölgədə davam etdiyini, lakin humanitar vəziyyətin ağır olduğunu deyib.