BMT təmsilçisi: Müxalifətin iştirakı olmadan Suriya sülh danışıqları imkansızdır

UN-Arab League envoy to Syria Lakhdar Brahimi leaves the Sheraton hotel on Oct. 30, 2013 in Damascus.

Beynəlxalq təmsilçi Laxdar Brahimi parçalanmış Suriya müxalifətini sülh konfransına iştirak etməyə dəvət edib.

Dəməşqdə çıxış edən nümayəndə bildirib ki, üsyançıların iştirakı olmadan Cenevrə danışıqlarının baş tutması imkansızdır.

Üsyançılar bu ayın sonlarında keçirilməsi planlaşdırılan sülh konfransında iştiraklarını prezident Bəşər Əl-Əsədin istefasından sonra qəbul edəcəklərini deyir. Brahimi problemin bir neçə gün ərzində həll ediləcəyinə ümid bəslədiyini bildirib.

Suriyanın əsas üsyançı bloku Milli Koalisiya mövqeyini bildirmək üçün gələn həftə görüş keçirəcək.


Brahimi Əsəd rejiminin dəstəkçisi İranın konfransda iştirakının BMT-nin mövqeyi olduğunu vurğulayıb.

Bununla yanaşı İsrailin döyüş təyyarələri Suriyanın Latakia liman şəhəri yaxınlığındakı hərbi bazasına hücum edib. ABŞ rəsmiləri bildirib ki, İsrail hərbi təyyarələrinin hədəfi islamçı militan qrupu Hizbullah üçün göndərilən Rusiya raketləri olub.