Prezident Obamanın Suriyaya qarşı hərbi əməliyyat keçirmək üçün gətirdiyi əsas dəlillərdən biri yaranmış vəziyyətin ABŞ-ın Yaxın Şərq və Asiyada təhlükəsizlik maraqlarına hədə törətməsi ilə bağlıdır.
Təhlilçilər ABŞ-ın Suriyaya qarşı hərbi hücumunun İran və Şimali Koreya üçün nəticələri olacağını deyir.
ABŞ Dövlət katibi Con Kerri bildirib ki, Suriyanın kimyəvi silahlardan istifadə etməsinə cavab olaraq mümkün hərbi əməliyyat ölkə sərhədlərindən kənarda əhəmiyyətə malikdir. “Bu, özü də kimyəvi silahlardan hücuma məruz qalmış İranın hərəkətə keçilməsə, nüvə silahları istehsal etmək üçün cəsarətlənib-cəsarətlənməməsi məsələsi ilə bağlıdır. Bu, Hizbullah və Şimali Koreya, eləcə də hər bir terrorçu və ya diktatorun kütləvi qırğın silahlarından bir də istifadə etməyi düşünüb-düşünməməsi ilə əlaqədardır. Onlar Əsəd rejiminin silahlardan indi və gələcəkdə istifadə etməsinin qarşısının alındığını,yoxsa dünyanın bir tərəfdə durub cəzasızlıq şəraiti yaratdığını yadda saxlayacaq?”-deyə Con Kerri bəyan edib.
Brukinqs intitutunda siyasi təhlilçi Maykl Ohanlon Suriyada əməliyyatların təkcə prezident Əsəd üçün sınaq olmadığını deyir. Onun fikrincə, bu həm də prezident Obamanın İran və Şimali Koreya məsələlərinə nə dərəcədə ciddi yanaşdığını nümayiş etdirəcək. “Bir neçə qanadlı raket və bir-iki gün ərzində raket hücumları ilə kütləvi qırğın silahlarından istifadəyə dərhal son qoyulması kimi məqsədə nail olunacaq. Ümid etmək olar ki, İran və Şimali Koreya kimi ölkələr də nüvə ambisiyalarını davam etdirsələr prezident Obamanın qırmızı xəttinin onlar üçün nəticələri olduğunu başa düşəcək.”
Şimali Koreya beş ilə yaxındır nüvə proqramı ətrafında beynəxalq vasitəçilərin iştirakı ilə keçən danışıqların dayanmasından sonra üç nüvə və uzun mənilli raket sınağı keçirib.
Amerika Sahibkarlıq institutunda təhlilçi təhlilçi Maykl Auslin deyir ki, indi Dəməşqlə qarşıdurma Pxenyanın nəzərdən qaçırılmamalı oduğu deməkdir. “Suriyada vəziyyət qızışan vaxt Şimali Koreyaya nəzər yetirməliyik, çünki onlar indi bütün diqqətlər bir istiqamətə yönəldiyi üçün nə isə edə bilər, müdafiə olunmamaş bir tərəfdə nə isə edə bilərlər.”
Suriya ordusu İran və İranın Livanda dəstəklədiyi Hizbullah yaraqlı qrupunun köməyi ilə əvvəl üstünlük əldə etmiş Əsəd əleyhdarı qüvvələri geri çəkməyə nail olub.
Cato institutunda təhlilçi Daq Bandou prezident Obamanın Suriyadan istifadə edərək, İrana mesaj göndərmək kimi niyyətinin iş yaramaya biləcəyini deyir. “İran özünün təcrid olunub hədələndiyini hiss edənə qədər nüvə silahları istehsalına çalışmağa davam edəcək.”
Daq Bandonun fikrincə, Suriyaya hücum İranın nüvə silahları istehsalının dayandırılmasının vacibliyinə inandırılması ilə nəticələnməlidir.”Çoxları düşünür ki, Suriyaya hücum İranı zəiflədə bilər. Lakin bu, hələ daha böyük məqsədə nail olunacağı demək deyil. Bu məqsəd İranı beynəlxalq ictimaiyyətlə əməkdaşlığa və nüvə ambisiyalarını bir tərəfə qoymağa təşviq etməkdən ibarətdir.”
ABŞ Dövlət katibi Con Kerri Suriyada kimyəvi silahların ABŞ-ın regionda İsrail, Türkiyə, İordaniya müttəfiqləri üçün təhlükə yaratdığını bildirib.
İsrail Suriyadan mümkün hücum əleyhinə raket müdafiə sistemi yerləşdirib. Təhlilçi Daq Bandounun fikrincə, İsrailə hücum prezident Əsəd üçün olduqca riskli bir işdir. “Suriya hökuməti başa düşür ki, İsrailin böyük hərbi qüvvəsi var. Suriya rejimi xilas etmək üçün mübarizə aparan vaxt, İsraillə ikinci cəbhə aça bilmək iqtidarında deyil.”
Təhlilçi deyir ki, İsrail üçün ən böyük təhlükə Suriyada üsyançıların qələbə çalması olardı, çünki aralarında dərin fikir ayrılıqları olan opponentlərin kimyəvi silahlar da daxil olmaqla dövlət arsenalını idarə etməsi daha mürəkkəbdir.