Suriyada yüzlərlə rəqib döyüşçü Carablus şəhərinə hücuma hazırlaşır

Suriyada yüzlərlə rəqib döyüşçü İslam Dövlətinin ələ keçirdiyi Carablus şəhərinə hücuma hazırlaşır.

Azad Suriya Ordusu Türkiyə ərazisindən hücumların bir neçə gün ərzində həyata keçiriləcəyini bəyan edib.

Fərat çayının qərb sahilində yerləşən Carablus İŞİD-in əlində olan Türkiyə sərhədlərinə yaxın son şəhərdir. Bu şəhər rəqib döyüşçülərin geri aldığı Əl-Rai şəhərindən 54 km-lik məsafədə yerləşir.

Şəhəri ələ keçirməklə rəqib döyüşçülər Suriya Demokratik Qüvvələrin şəhərə girişinə mane olmağa çılışır. Kürdlərin əksəriyyət təşkil etdiyi bu dəstə avqustun 6-da Manbic şəhərini tutub.

Türkiyə gələn 6 ay ərzində Suriyada rolunu fəallaşdıracağını bəyan edib. Bunu baş nazir Binalı Yıldırım bildirib.

“Qan axıdılması dayandırılmalıdır. Uşaqlar, körpələr, dinc əhali ölməməlidir. Məhz buna görə Türkiyə ağırlaşmaqda olan vəziyyətin təhlükəsini aradan qaldırmaq üçün rolunu genişlədəcək”- deyə baş nazir müxbirlərə bildirib.

Yıldırım prezident Əsədin Suriyanın gələcəyində rol oynamadığını desə də, keçid dövrü üçün onunla danışıqlar aparmağın zərurətini deyib. Baş nazir bildirib ki, Əsəd istənilib-istənilməməsindən asılı olmayaraq, əsas aktyorlardan biridir.

“Biz Əsədlə keçid dövrü üçün bir masa arxasına keçə bilərik. Keçid dövrü asanlaşdırılmalıdır. Suriyanın gələcəyində nə İŞİD, nə PKK, nə də Əsəd yer alacaq" -deyə baş nazir sözünə davam edib.
Yıldırım Türkiyənin Rusiyanın onun hava bazalarından istifadə ediləcəyinə dair şayiələrin yalan olduğunu deyib.

Yıldırım 5 illik müharibənin ölkədə parçalanma yaratdığına dair narahatlığını ifadə edib. Belə ki, kürdlər öz regionlarını yaradıb, ərəblərlə mübarizə aparır.

PKK ilə illərdir mübarizə aparan Türkiyə kürdlərin sərhəd bölgələrdə cəmləşməsindən, hər bir müstəqillik və y muxtariyyət qurulmasından narahatdır.