Suriyada hava hücumları nəticəsində 16 adam həlak olub

Suriyanın insan hüquqları fəalları hökumət qüvvələrinin kürd kəndinə hava hücumları nəticəsində 16 adamın həlak olduğunu bildirir. Ölənlər arasında qadın və uşaqlar da var. Hücum zamanı kənddəki tarixi məscid dağılıb.

Britaniyda yerləşən Suriya İnsan Haqları Müşahidəsi qrupu hücumun hədəfinin Hədad kəndi olduğunu bəyan edib. Kəndin yerləşdiyi Həssakə vilayəti rəqib qüvvələrin çoxluq təşkil etdiyi bölgədir.

Fəallar Əsəd hökumətini min ildən artıq yaşı olan məscidə qarşı vəhşi hücuma görə qınayıb. Məscid müxalifətin istehkamı hesab edilirdi.

Dövlət SANA xəbər agentliyinin bildirdiyinə görə, kamikadze hücumu nəticəsində Hələbdə çalışan 3 jurnalist yaralanıb.

Müxalifət isə İnternetdə yaydığı videoda hökumətin qırıcı təyyarələrinin Saradeb şəhərini bombaladığını nümayiş etdirib.