Suriya fəallarının bildirdiyinə görə, ölkənin şimal bölgəsinə havadan hücum zamanı 21 adam həlak olub.
Britaniyada yerləşən Suriya İnsan Haqlarının Müşahidəsi qrupu İslam Dövlətinin nəzarətində olan Əl-Bab şəhərinə atılan çəllək bombalarının 100-dən çox adamın yaralanmasına səbəb olduğunu bildirib.
Cəllək bombaları mükəmməl olmasa da, tərkibindəki partlayıcı maddələr və metal qırıntıları kütləvi qırğınlara səbəb olur.
ABŞ-ın rəhbərliyi ilə koalisiya qüvvələrinin İŞİD-ə qarşı Suriya və İraqda hava hücumlarına başlaması ilə rəqib döyüşçülər Amerikanın müdaxiləsinin Əsəd rejiminin müxalifətə qarşı hücumlarına icazə mahiyyəti daşıyacağı barədə xəbərdarlıq etmişdi.
Suriya İnsan Haqlarının Müşahidəsi qrupu BMT-yə müraciət edərək, Əsədin hava hücumlarına görə, Beynəlxaql Cinayət Məhkəməsinə verilməsini istəyib.