Türkiyənin Suriya ilə sərhəd bölgəsində 9 adam həlak olub

Türkiyə mətbuatının bildirdiyinə görə, Suriya ilə sərhəd bölgədə maşının partladılması nəticəsində 9 adam həlak olub. Hadisə zamanı 30 nəfərin yaralandığı bildirilir.

NTV xəbər agentliyi hadisənin Türkiyənin Hatay vilayətinin Cilvegözü keçid məntəqəsindən 40 km-lik məsafədə baş verdiyini xəbər verib.

Başqa məlumatlarda şəhər meri Hüseyn Şanverdiyə istinadən bildirilib ki,Suriya qeydiyyatlı avtomobil partlayışın mərkəzində olub.