Suriya İnsan Hüquqlarını Müşahidə qrupunun tələfatlar barədə məlumatları müstəqil mənbələr tərəfindən təsdiq edilməyib
Suriyalı fəallar rəsmi Dəməşqin Tremsedə hücumlarla bağlı özünü-müdafiə mövqeyi tutmasına baxmayaraq, bazar günü hökumət qüvvələri və üsyançılar arasında toqquşmaların davam etdiyini bildirir.
Müxalifətdə olan Suriya İnsan Hüquqları Müşahidə qrupu toqquşmalar zamanı təxminən 14 adamın öldürüldüyü haqda məlumat verib. Qərargahı Britaniyada yerləşən qrupun Facebook səhifəsində yerləşdirilmiş video yazıda Hələb və İdlib vilayətlərində son bir neçə gün baş vermiş toqquşmalar göstərilir.
Qrupun bildirdiyinə görə, hökumət qüvvələrinin Həma, Homs, Hələb, Dera, Deyr Əz-Zur vilayətləri, eləcə də Dəməşqin özündə bombardmanları davaç etdirilib.
Video görüntülər və tələfatlar barədə verilmiş məlumatlar müstəqil mənbələr tərəfindən təsdiq edilməyib.