Con Brennan: İslam Dövləti Suriyada kimyəvi silahlardan istifadə edir

ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru İslam Dövlətinin Suriyada kimyəvi silahlardan istifadə etdiyini bildirib.Con Brennan deyib ki, terrorçu qrupun döyüş meydanlarında kimyəvi silahlardan istifadə etdiyinə dair sübutlar var.

“60 dəqiqə” verilişində bir hissəsi nümayiş etdirilən müsahibə zamanı CİA-nin direktoru cihadçıların xlorin və xərdal qazını kiçik həcmlərdə istehsal etmək qabiliyyətinə malik olduğunu deyib.

Brennan eyni zamanda İŞİD-in Qərbə kimyəvi maddələr satmaq niyyətində olduğu barədə xəbərdarlıq verib.

Kimyəvi silahları qadağan edən təşkilat 2013-cü ildə Suriya prezidentinin Dəməşq yaxınlığında sarin qazı ilə hücumundan sonra o ölkədə kimyəvi silahların məhvinə çalışır.

Qurum beynəlxalq qanunlara zidd olaraq münaqişə tərəflərinin kimyəvi silahlardan istifadəni davam etdirdiyini bildirir.