BMT-Ərəb Liqasının birgə sülh nümayəndəsi Suriya böhranına dair danışıqlar çərçivəsində Moskvada Rusiya xarici işlər naziri ilə görüşüb.
Laxdar Brahimi və Rusiya XİN rəhbəri Sergey Lavrov bugünkü görüş zamanı Suriya prezident Bəşar Əl-Əsəd və Suriya üsyançılar ilə müzakirələrindən danışıb.
Brahimi deyib ki, Suriyada iki seçim var: "Ya cəhənnəm, ya da siyasi proses!". O deyib ki, dünya ictimaiyyəti siyasi proses istiqamətində iş görməlidir.
Ancaq iki diplomatın 21 aydır davam edən Suriya münaqişəsinin həlli yollarının tapılması istiqamətində hər hansı ciddi irəliləyişə nail olmaları barədə hələlik dəqiq məlumat yoxdur.
Bununla yanaşı, Brahimi xəbərdarlıq edib ki, döyüşlər Dəməşqin içərisinə doğru istiqamət alsa münaqişənin miqyası daha da böyüyəcək və qaçqın böhranını daha da dərinləşdirəcək.