Cümə günü dünya qüdrətləri Suriyadakı təklif olunan siyasi keçid üzərindəki müzakirələrin üçüncü raundu üçün Nyu-yorkda görüşəcəklər.
ABŞ Dövlət Departamenti bildirib ki, müzakirəyə dəvət olunan ölkələrin bəziləri daha öncə Vyanadakı müzakirələrdə iştirak edən ölkələrdir ki, bunların sırasına Suriya prezidenti Bəşər əl-Əsədin müttəfiqləri olan Rusiya və İran daxildir.
Cümə axşamı BMT-nin mərkəzi qərargahında çıxış edən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif konfransın qəbul edilə biləcək Suriya müxalifət qruplarının müəyən edilməsi üzərində razılığın əldə olunacağı ilə bağlı şübhələrini dilə gətirib
Cümə günü keçiriləcək BMT Təhlükəsizlik Şurasının iclasına ABŞ dövlət katibi Con Kerry sədrlik edəcək.