NATO ölkələri və Rusiyanın xarici işlər nazirləri gələn ay Cenevrədə keçirilməsi planlaşdırılan Suriya sülh konfrasına dəstək ifadə ediblər.
Xarici işlər nazirlərinin çərşənbə günü görüşdən sonra verdiyi bəyanatda Suriyanın özünün iştirak etdiyi siyasi prosesin böhrandan yeganə çıxış yolu olduğu vurğulanıb.
Onlar həmçinin BMT və Kimyəvi Silahların Qadağan Edilməsi təşkilatının Suriyada həyata keçirdiyi kimyəvi silahların məhv edilməsi missiyası zamanı əldə edilmiş mühüm inkişafı dəstəklədiklərini bildiriblər.
ABŞ Dövlət katibi Con Kerri və Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Ketrin Eşton arasında görüşdə Suriyada keçid hakimiyyətinin qurulması məqsədilə keçiriləcək sülh konfransına dair planları müzakirə ediblər.
Həm Suriya hökümətinin rəsmiləri, həm də prezident Bəşar Əl-Əsədə müxalif olan başlıca koalisiya konfransda iştirak edəcəyini bildirib. Lakin konfransa başqa hansı qrupların qatlacağı hələ aydın deyil.