Suriya höküməti sülh danışıqlarından çəkilməklə təhdid edib [Yenilənib]

Suriya hökumətinin və Qərbin dəstəklədiyi müxalifətinin nümayəndələri 3 ildir davam edən vətəndaş müharibəsinə dair problemin həlli məqsədilə ilk dəfə olaraq birgə görüş keçirəcəklər.

BMT-nin sülh vasitəçisi Laxdar Brahimi deyir ki, tərəflər Cenevrədə eyni otaqda müzakirə aparmağa dair razılıq veriblər.

Bundan əvvələdək Suriya höküməti şənbə gününə kimi ciddi müzakirələrə başlanmadığı təqdirdə müxalifət təmsilçiləri ilə sülh danışıqlarından geri çəkiləcəyini bildirib.

Cenevrə danışıqlarının ilk günü hər iki tərəfin birbaşa görüşünün baş tutmamasından sonra hökümət Suriya dövlət televiziyası vasitəsi ilə ultimatum verib.

Hökümət və müxalifət təmsilçiləri ayrı otaqlarda görüşüb və Laxdar Brahimi vasitəsi ilə əlaqə saxlayıblar.

Müxalifətin nümayəndə heyəti kompromisə getməkdən imtina edib. Hər iki tərəf uzun zamandır təxirə salınan sülh danışıqlarından geri çəkiləcəyini bildirib.

Müxalifət deyib ki, prezident Bəşar Əl-Əsədin hakimiyyətdən getmə məsələsi müzakirə olunmasa, Suriya hökümətinin təmsilçiləri ilə birbaşa danışıqlar aparılmayacaq.

Dəməşq bu təklifi rədd edib və üsyançıları terrorizmi dəstəkləməkdə günahlandırır.