Döyüşlər həmçinin paytaxt Dəməşqin şimalında və İraqla sərhəddə yerləşən Albu Kamal şəhərində gedir
Suriyalı fəallar Suriya Azadlıq Ordusu döyüşçülərinin ölkənin şimalında yerləşən Hələb şəhərində bir neçə təhlükəsizlik postlarına hücum etdiklərini bildirib. Qarşıdurmalar müharibənin tüğyan etdiyi ölkənin digər bölgələrində də davam edir.
Britaniyada yerləşən Suriyada İnsan Hüquqları Müşahidəçiləri qrupu cümə günü bildirib ki, Hələbdə silahlı qarşıdurmaya səbəb olan basqınlardan biri nəticəsində hökumət əsgərlərindən bir neçə nəfəri öldürülüb və yaralanıb. Bu mənbə ölən və yaralananlar barədə heç bir rəqəm verməyib.
Keçən ay qiyamçı qüvvələr Suriyanın ən vacib ticarət şəhərinin bəzi bölgələrinə nəzarəti şiddətli döyüşlər nəticəsində ələ almağa nail olmuşdular.
Həmçinin, cümə günü monitorinq qrupunun verdiyi xəbərdə bildirilir ki, hökumət qoşunları və üsyançılar arasında döyüşlər əsasən paytaxt Dəməşqin şimalında və İraqla sərhəddə yerləşən Albu Kamalda cərəyan edir. İnternetdə Homs, Dəra və Dəməşq şəhərlərindəki döyüşlərin video görüntüləri yayımlanıb.