Suriya hökuməti Rusiya və Amerikanın vasitəçiliyi ilə əldə edilən atəşkəs razılığını qəbul edib.
SANA xəbər agentliyinin bildirdiyinə görə, atəşkəs ilk ölcə humanitar yardımlar məqsədi ilə Hələbdə qüvvəyə minəcək.
Livanda yerləşən Hizbollah qrupunun Əsəd qüvvələri ilə bərabər döyüşən yaraqlıları da qtəşkəsə riayət ediləcəyini bildirib.
Suriyaya guru qüvvələri yeridən Türkiyə də atəşkəsə dəstək verdiyini bəyan edib.
ABŞ və Rusiya dünən Cenevrədə Suriyada 5 ildir davam edən müharibəyə son qoymaq üçün mürəkkəb, iddialı plan əldə edildiyini bəyan edib.
Razılığa əsasən hər iki ölkə Suriya daxilindəki terror qruplaşmalarına qarşı mübarizədə əməkdaşlıq edəcək.
Saziş bütün tərəfləri ölkə boyu atəşkəs öhdəliyini bərpa etməyə çağırır. Döyüşlər sentyabrın 12-si Qurban bayramınadək dayandırılmalıdır.
"Biz Suriya xalqının və regionun Qurban bayramını daha mənalı qeyd etməsi üçün bundan uğurlu addım ata bilməzdik" - deyə Rusiya xarici işlər naziri Sergey Lavrovla yanaşı dayanan ABŞ dövlət katibi Con Kerri bildirib.
Hər iki ölkə Suriya hökumətinin havadan mübarizəsini dayandırması üçün addımlar atmağa razılıq verib. Bu, əsasən razılaşdırılmış ərazilərə aiddir.