ABŞ-da yaşayan suriyalı qaçqınlar

Your browser doesn’t support HTML5

ABŞ-da yaşayan suriyalı qaçqınlar

Suriyada Rusiya və İranın dəstəklədiyi hökumət qüvvələri ilə ABŞ və Türkiyənin dəstəklədiyi üsyançılar arasında dağıdıcı müharibə on ildir davam edir. Bu müharibə milyonlarla insanın ölkədən qaçmasına səbəb olub və hazırda minlərlə qaçqın ABŞ-da yaşayır.

Almadani ailəsi doğma Suriyadan qaçdıqdan sonra 2016-cı ildə Çikaqoda məskunlaşıb. Davam edən vətəndaş müharibəsinin 10-cu ildönümü onlara bir çox ağrılı xatirələr yaşadır. "Uzun zamandır bu məni çox kədərləndirir. Əlbəttə, vətənim üçün darıxıram. Ailəm, anam, atam üçün darıxıram" - deyə, Nəvar Almadani bildirir.

Evlərinə hücum edildikdə Məhəmməd Almadani yeddi-səkkiz yaşında idi. “Mənim yadımda yalnız atəş səsləri qalıb. Sonra evimizin pəncərəsi sınıb pilləkənlərdən aşağı düşdü və mən ilk dəfə öz gözlərimlə atəş gördüyümü xatırlayıram."

Müharibədən qaçan Anas Alluzun ailəsi Pensilvaniya ştatının şimal-şərqinə köçürülüb. "Müharibədən əvvəl çox gözəl bir ölkə idi. Heyranedici bir ölkə idi. Müharibə onu dağıtdı."

Müharibə başladıqdan sonra Alluz bir çox travma yaşayıb. Qohumlarını və dostlarını itirib. “Mən adətən yatanda belə bunları düşünürdüm - qan, orada nələr baş verir, buna görə qışqıraraq yuxudan oyanırdım. Bəzən gecələr heç yatmırdım.”

ABŞ-da yaşayan suriyalı qaçqınlar hələ də bir gün vətənlərinə sülhün və sabitliyin qayıdacağına ümid edirlər. Nəvar Almadani: "Kaş ki, müharibə bitsin və oradakı hər bir insanın hüquqları təmin olsun və azadlıqda yaşaya bilsin."

Suriyada bu yaz prezident seçkiləri keçiriləcək.