Suriyada hərbi əməliyyatların müvəqqəti dayandırılmasında razılıq əldə olunub [Video]

Your browser doesn’t support HTML5

Dünya gücləri Suriyada hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə ediblər. Suriya müxalifəti Rusiyanın üsyançıların nəzarət etdiyi Hələb şəhərinə hava hücumlarını dayandırmasını tələb edirlər. Suriyaya Beynəlxalq Dəstək Qrupuna qatılan xarici işlər nazirləri Münhendə görüşlərin keçirildiyi ərəfədə humanitar yardımın genişləndirilməsi barədə də razılaşıblar.

Beynəlxalq Suriya Dəstək Qrupunun üzvləri geniş müzakirədən sonra hərbi əməliyyatların dayandırılması barədə planın həyata keçirilməsinə qərar veriblər.

Con Kerri: “Bu yaxşı səslənir. Lakin bunun həyata keçməsi üçün hamının buna dərhal əməl etməsi lazımdır.”

Mətbuat konfransında Rusiyanın xarici işlər naziri ilə birlikdə Kerri deyib ki, atəşkəs hüquqi məsuliyyət daşıyır. Ancaq burada buna əməl olunmayacaq.

Qrup həmçinin bildirib ki, hərbi əməliyyatların dayandırılması terroristlərə qarşı tətbiq olunmayacaq. Rusiyaya görə həmin terrorist qruplarından bəziləri Hələb yaxınlığında yerləşir.

Sergey Lavrov: “Hələbin qərb ərazilərinə hələ də Cabhat əl-Nüsra, Ceyş əl-İslam və Ahrar İslam terrorçu qrupu nəzarət edir.”

Qrup Suriyaya yardımların genişləndirilməsində razılıq əldə edib. Rusiyanın dəstəklədiyi Suriya hökumət qüvvələri Hələb şəhərini bombalamağa başlayandan bəri ərazidə hümanitar böhran yaşanır. Hücumlar nəticəsində minlərlə mülki vətəndaş Türkiyə sərhədinə yaxınlaşıb.

Paul Salem: “Düşünürəm ki, ərazidə təhlükəsizlik problemi var və ya Suriyadakı təhlükəsiz bölgələr nəzərdə tutulmalı və müzakirə edilməlidir.Türkiyəyə iki miliyondan çox qaçqın sığınıb.”

Bəzi dünya gücləri təhlükəsiz zona ideyasına isti yanaşır. Beynəlxalq Suriya Dəstək Qrupu humanitar yardımın bölgəyə çatdırılmasında lazım olarsa gücdən istifadə olunmasında da razılıq əldə edib.