Super Liqa layihəsindəki Britaniya klublarının sahiblərinə birbaşa müraciətində UEFA prezidenti Aleksander Çeferin onları futbol azarkeşlərinə hörmət etmək üçün fikirlərini dəyişməyə çağırıb.
Çeferin Super Liqanın elanından 48 saat keçməmiş, İtaliyadan və İspaniyadan üç klubla müttəfiq olan amerikalı milyarderlərdən, Yaxın Şərqdən olan kral ailələrindən və bir rusiyalı oliqarxından ibarət altı klublu İngilis qrupunu eyni zamanda həm inandırmağa çalışıb, həm də tənqid edib.
"Cənablar, çox böyük səhv etdiniz. Bəziləri bunun acgözlük olduğunu, bəziləri isə təkəbbürdən, yaltaqlıqdan və ya Britaniyanın futbol mədəniyyətindən tamamilə xəbərsiz olduğuna xor baxacaqlarını deyəcəklər. Bunun fərqi yoxdur” - deyə, Çeferin UEFA-nın illik toplantısında Avropa futbol liderlərinə müraciətində qeyd edib.
"Vacib olan odur ki, fikrinizi dəyişdirməyə hələ vaxt var. Hər kəs səhv edə bilər" - deyə, Çeferin bildirib. O, Britaniyadakı azarkeşlərə olan hörmətə görə geri addım atmağa çağırıb. Daha əvvəl isə Çeferin onları "bir neçə eqoist insan" adlandırmışdı.
"Özünüzə gəlin. Futbola olan sevgidən yox, çünki bəzilərinizdə bundan çox şey olmadığını görürəm" - deyə, UEFA prezidenti qeyd edib.
Çeferin UEFA-nın icraiyyə komitəsinin üzvü, Fransa çempionu Paris Saint-Jerman klubunun prezidenti Nasser Əl-Xelaifiyə də təriflər yağdırıb. PSJ bu günə qədər 15 qurucu Super Liqanın üzvlərindən biri olmaq təkliflərinə müqavimət göstərib. “Bayern Münhen” və “Borussiya Dortmund” da layihədən kənarda qalıb.
"Naser, sənə ürəkdən təşəkkür edirəm. Sən böyük insan olduğunu göstərdin" - deyə, Çeferin bildirib. O, daha əvvəl “Bayern”in baş icraçı direktoru Karl-Haynz Rummeniggeyə də bu cür sözlər ünvanlamışdı.
UEFA prezidenti Premyer Liqanın altı üsyançı klublarından biri olan “Tottenhem”in azarkeşindən aldığı bir elektron məktubdan da danışıb.
"Elektron poçtu oxusanız, ağlamağa yaxın olardınız" - deyə, Çeferin “Tottenhem” “Liverpul”a məğlub olduqda ona 2019-cu ildəki Çempionlar Liqasının finalına iki bilet verdiyi Trevor kimi tanıdığı fanatı haqda danışarkən qeyd edib.