Şagirdlərin dərsi diqqətlə dinləməsini necə təmin etməli? [Video]

Your browser doesn’t support HTML5

Müəllimlərin şagirdlərin diqqətini cəlb edə bilməsi hər zaman asan olmur. Uşaqlar müxtəlifdir və onların öyrənmə bacarıqları da bir-birindən fərqlənir. Massaçusets ştatında təhsil starapı isə süni zəka texnologiyası vasitəsilə bu problemi həll etməyə çalışır.

Müəllimlər dərs danışarkən şagirdlərin bir hissəsinin onlara diqqət yetirmədiyini bilirlər. Uşaqların bəziləri darıxır, digərlərinin isə fikri başqa yerdədir. Plymouth South orta məktəbinin şagirdi Şon Novik də onlardan biridir. Şonun autizmə görə diqqəti dərsdən yayınır.

Şon Novik, şagird: “Mən ibtidai məktəbə başlayanda dərsi sevmirdim. Məktəbi ümumiyyətlə sevmirdim. Lakin bunun bir parçası olandan sonra, əksi baş verdi.”

Şon Bostonun Brain Power startapının yeni texnologiyası haqqında danışır. Həmin texnologiya şagirdlərin dərsə diqqətini itirməməsinə kömək edir. Xüsusilə də öyrənmə qüsurları olan şagirdlər üçün. Novik, məsələn, dərs zamanı Google Glass eynəklərindən istifadə edir.

Şon Novik, şagird: “Mən Brain Power ilə çalışmağı sevirəm, çünki Google Glass mənə göz konkatı qurmağa kömək edir.”

Google Glass Brain Power şirkətinin dərs otağında istifadə etdiyi alətlərdən biridir.

Başqa bir yeni texnologiya Learning Eye adlanır. Həmin texnologiya şagirdlərin önündə yerləşdirilmiş Amazon-un DeepLense kamerası ilə çalışır. Brain Power şirkətinin rəhbəri Ned Şahin kameranın hesablama alqoritmlərləri ilə çalışan kompüterə qoşulduğunu deyir.

Ned Şahin, Brain Power şirkətinin təsisçisi və rəhbəri:“Süni zəka şagirdlərin müəllimlərə nə zaman diqqət yetirdiyini müəyyən edir. Bununla bərabər, şagirdlərin fikrinin yayındığı anlar da qeydə alınır.”

Müəllim Conatan Hol deyir ki, bu texnologiya dərs zamanı otaqda əlavə yardımçıdır.

Conatan Hol, müəllim: “Müəllim kimi mən otaqda adətən tək oluram. Bu səbəbdən şagirdlərin dərsə diqqət yetirib-yetirmədiklərini özümüz müəyyən etməyə çalışırıq. Buna diqqət yetirdiyimiz zaman, təbii ki, dərsdə çatdıracağımız fikirlərin bəziləri yaddan çıxır. ”

Yeni alətlər müəlimlərə dərs materiallarını daha rahat keçməyə və məlumatı hər bir şagirdə çatdırmağa yardım edəcək.