Son 20 ildə laboratoriya şəraitində istehsal edilən ət məhsulları qidamızın əsas hissəsini təşkil edə bilər. Bunun tərəfdarları hesab edir ki, süni ət həm ətraf-mühit, həm də qlobal ərzaq təhlükəsizliyinə böyük töhfə ola bilər.
Bu yaxınlarda Londonda hazırlanan hamburger dünyanın ən bahalı əti adına layiq görülmüşdü. Onun dəyəri 300 min dollar idi.
Bu layihənin müəllifləri süni ətin bir çox problemləri aradan qaldıracağını deyir. Layihənin investoru, Google şirkətinin həmtəsisçisi Sergey Brin təşəbbüsü heyvanların xilası naminə dəstəklədiyini deyib.
Ətraf-muhit institutunun tədqiqatçı alimi Hanna Tuomistonun dediyinə görə, təbii ət istehsalı ətraf mühitə böyük ziyan vurur. "Mal-qara ətindən istifadə edilməsi istixana qazlarının 18 faizini təşkil edir. Bu,qlobal nəqliyyat sektorunun buraxdığı qazlardan da çoxdur."
Mal-qara əti içməli su ehtiyatı və torpaq sahələrinin üçdə bir hissəsindən istifadə edir. Torpaq sahələri isə heyvanların yemi üçün meşələrdən təmizlənir.
Ətraf mühit institutunun tədqiqatlarının nəticəsinə görə, süni ət istehsalı isxana qazlarını 96 faiz azaltmaqla yanaşı, enerjidən 45 faiz, torpaq sahələrindən 99 faiz, sudan istifadəni 96 faiz azaldır.
Alimlər süni ət istehsalının artmaqda olan əhalinin ərzaq təminatına böyük yardımı olacağını deyir. Dünya əhalisi artmaqla yanaşı, daha artıq pul qazanır. Bu isə öz növbəsində ət istehlakını artırır.
Lakin süni ətin bazarlara nə zaman çıxacağı bəlli deyil. Ekspertlərin fikrincə bu, ətin istehsalının neçəyə başa gələcəyi və istehlakçıların laboratoriya şəraitində hazırlanan ətə göstərdikləri maraqdan asılı olacaq.
Mal-qara ətindən istifadə edilməsi istixana qazlarının 18 faizini təşkil edir