Sakit Okeanın cənub hissəsində baş vermiş şiddətli zəlzələ nəticəsində adalarda onlarla ev dağılıb və beş insanın ölümünə səbəb olan sunami yaradıb.
Səkkiz bal gücündə zəlzələ Solomon adaları yaxınlığında insanların seyrək məskunlaşdığı ərazidə baş verib. Bir metr hündürlüyündə dalğa yaratmış sunami adaların sahillərini yuyub. Bir neçə saatdan sonra bölgədə sunami təhlükəsi barədə xəbərdarlıq aradan qaldırılıb.
BMT-nin humanitar məslələlər üzrə idarəsi zəlzələnin episentri yaxınlığında yerləşən Santa Kruz adasında dörd nəfərin öldüyü və iki nəfərin itkin düşdüyü barədə məlumat verib. Adanın içərilərinə doğru 500 metr məsafədə irəliləyən sunaminin bir neçə evi dağıtdığı deyilir.
ABŞ-ın Geoloji Sorğu idarəsində seismoloq Deyl Qrant Amerikanın Səsinə bildirib ki, ilk zəlzələdən sonra 5 bal gücündə və bundan daha güclü 14 yeraltı titrəyiş baş verib.
Rəsmilər adaların ucqar bölgələrində də bir neçə kəndin sunami nəticəsində dağıldığı barədə məlumatı araşdırır.