Böyük 20-lik zirvə görüşündə iqtisadiyyatın bərpası prioritet olaraq qalır

Dünyanın diqqətinin Suriya böhranına yönəlməsinə baxmayaraq Böyük 20-lik zirvə görüşündə inkişaf edən ölkələr üçün iqtisadiyyatın bərpası prioritet olaraq qalır.

Sankt-Peterburqda iki gün davam edəcək görüşün məqsədi Birləşmiş Ştatlar faizləri artırdıqdan sonra digər ölkələrin iqtisadiyyatlarının buna davam gətirməsi üçün işsizlik məsələsi və qlobal iqtisadi dirçəlişi müzakirə etmək idi.

ABŞ-ın valyuta siyasətini məhdudlaşdırması maliyyə birjalarını, eləcə də Braziliya, Hindistan, İndoneziya, Türkiyə və Cənubi Afrika Respublikaları kimi Böyük 20-liyə üzv ölkələrin iqtisadiyyatlarını zəiflətmək təhlükəsi yaradır.

Bu ölkələrdən bəzilərinin liderləri əmin etmək istəyirlər ki, maliyyə siyasətinə dəyişiklik edən zaman Birləşmiş Ştatlar bu dəyişikliyi digər ölkələrlə müzakirə etsin.

Görüşdə müzakirə ediləcək digər məsələ maliyyə fondları və valyuta birjası ilə məşğul olan qeyri-bank maliyyə institutlarıının fəaliyyətidir.