Sülhəddin Əkbər: Cəbhə xəttində gərginlik geo-politik qarşıdurma və hərbi-siyasi vəziyyətin gərginləşməsi ilə bağlıdır [Audio]

sülhəddin əkbər

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər son günlər Ermənistan-Azərbaycan cəbhə xəttində vəziyyətin gərginləşməsini bir neçə konkret səbəblə izah edir:

Your browser doesn’t support HTML5

Sülhəddin Əkbər: Cəbhə xəttində vəziyyətin gərginləşməsi geo-politik qarşıdurma və hərbi-siyasi vəziyyətin gərginləşməsi ilə bağlıdır

“Birincisi, bu, post-sovet məkanında geo-politik qarşıdurma və hərbi-siyasi vəziyyətin gərginləşməsi ilə bağlıdır. Regional münaqişələrin olduğu ölkələr xarici təsirlərə açıq və həssas ölkələrdir.”

“İkinci səbəb Putinin Avrasiya İttifaqı layihəsi ilə bağlıdır. Putin həm Azərbaycan, həm də Ermənistana cəbhə xəttində vəziyyəti gərginləşdirməklə təzyiq göstərir. Təzyiqlər artıq öz nəticəsini verib. Ermənistan artıq Avrasiya İttifaqına qoşulub. Bu istiqamətdə Azərbaycana da təzyiqlər davam etdirilməkdədir.”

Cəbhə xətti

“Ücüncü səbəb ölkədaxili kontekstlə bağlıdır. Bir tərəfdən Ermənistan rəhbərliyi ölkə daxilində yaranmış vəziyyəti sakitləşdirmək, diqqəti münaqişəyə yönəltmək üçün konfliktə maraqlıdır.”

Vəziyyətin gərginləşməsinin regionda siyasi duruma təsirləri barədə:

“Şübhəsiz ki, vəziyyətin gərginləşməsi konfliktin yenidən alovlanması riskini yüksəldir. Regionda onsuz da mürəkkəb olan hərbi-siyasi vəziyyəti daha da mürəkkəbləşdirir.”

“Rusiyanın münaqişələrin arxasında durmaqda və siyasi dominantlığına üstünlük verməkdə davam etməsi, Rusiyanın münaqişələrin həllinə maraqlı olmaması ilə konfliklərin danışıqlar yolu ilə həlli mümkün deyil.”

Azərbaycan ordusu cəbhə bölgəsində təlimlərə başlayıb

“Neft qiymətlərinin azalması, Rusiyanın Ukrayna münaqişəsinə müdaxiləsinə görə sanksiyalara məruz qalması Putin Rusiyasının çökməsi ilə nəticələnəcəksə, heç şübhəsiz ki, bu, Rusiyanın hamisi olduğu post-sovet avtoritar ölkələrə ciddi təsir göstərəcək. Bu həm siyasi, həm iqtisadi, həm də sosial təsirlər olacaq.”

“Post-sovet ölkələri həm daxili, həm də xarici siyasətlərində ciddi korrektələr etməlidir.”