Səudiyyə Ərəbistanında polis qadınların maşın sürməsinə qoyulan qadağaya qarşı etiraz kampaniyasına başlamış qadın fəalı həbs edib.
Manal əl-Sərif YouTube vebsaytında özünün maşın sürən yerdə videosunu yerləşdirdikdən sonra həbsə alınıb.
Səudiyyə Ərəbistanında qadınlara nəinki maşın sürməyə icazə verilmir, onlar hətta səyahət etmək istəyəndə də kişi qohumdan – ata, ər, oğul və ya qardaşdan icazə almalıdırlar.
Kampaniya iştirakçıları iyunun 17-də yüzlərlə qadını maşın sürərək etiraz etməyə çağırıblar.