Səudiyyə Ərəbistanında təhlükəsizlik qüvvələri Qırmızı Dəniz limanı olan Ciddədə daxili içlər nazirinin imarəti qarşısında atəş açaraq silahlı şəxsi öldürüblər.
İnsident şənbə günü səhər baş verib. Başqa xəsarət olan yoxdur.
Daxili işlər naziri Nayef bin Əbdül Əziz 70 yaşlarındadır. O, 2003-cü ildən 2006-cı ilədək krallığın Əl-Qaidaya qarşı basqılarına rəhbərlik edib.
İki il bundan öncə onun oğlu, daxili işlər nazirinin müavini Şahzadə Məhəmməd bin Nayefə qarşı sui-qəsd cəhdi olmuşdu. Bomba hücumu üçün məsuliyyəti öz üzərinə Ərəbistan Yarımadasındakı Əl-Qaida təşkilatı götürmüşdü.