Qeydiyyat prosesi eyni zamanda səkkiz xarici ölkədə keçiriləcək
Sudanda ölkənin cənubunun müstəqilliyinə dair yanvar ayında keçiriləcək referendumdan əvvəl seçicilərin qeydiyyata alınması başlayıb. Sudanın cənub bölgəsinin prezidenti Salva Kiir cənubun paytaxtı Jubada bazar ertəsi etdiyi çıxışı zamanı əhalini səs vermə üçün qeydiyyatdan keçməyə çağıraraq, deyib ki, referendum yalnız bir dəfə keçirilir. Səs ucaldıcılar yerləşdirilmiş maşınlar Juba şəhərini dolaşaraq, müstəqilliyə aid mahnılar səsləndirir və insanları qeydiyyatdan keçməyə çağırır. Sudanın Cənubunda Referendum Komissiyasının cənubda 2600 -dən çox, şimalda isə 165 qeydiyyat məntəqələri var. Qeydiyyat prosesi eyni zamanda səkkiz xarici ölkədə keçiriləcək.