Sudanda polislə nümayişçilər arasında qarşıdurma olub

  • Amerikanın səsi

Sudanda polislə nümayişçilər arasında qarşıdurma olub

Sudanda bu gün polislə nümayişçilər arasında qarşıdurma olub. Şahidlərin dediyinə görə, Xartumda cənub bölgələrin müstəqilliyi şüarı ilə keçirilən aksiyada 2000-dən artıq insan istirak edib

Sudanda bu gün polislə nümayişçilər arasında qarşıdurma olub. Şahidlərin dediyinə görə, Xartumda cənub bölgələrin müstəqilliyi şüarı ilə keçirilən aksiyada 2000-dən artıq insan istirak edib. Nümayiş BMT-nin Təhlükəsilik Şurasının nümayəndə heyətinin Sudana 4 günlük səfərinin son günü keçirilib. Səfərin məqsədi Sudanın cənub bölgələrinin müstəqilliyi ilə bağlı referendumla əlaqədardır. BMT nümayəndələri Sudanın Referendum Komissiyasının üzvləri və xarici işlər naziri Əli Əl-Kirti ilə görüşüb. Sudanın cənub bölgəsinin prezidenti BMT-dən regiona sülhməramlı qüvvələrin yerləşdirilməsini istəyib.