Sudanda etirazçılar küçələri blok ediblər

Sudanda çevriliş əleyhinə etirazçılar kütləvi yürüşlərə qarşı tələfatlı təqiblərdən bir gün sonra bazar günü Xartumda barrikadalar yerləşdiriblər. Ölkədə ordunun hakimiyyəti ələ keçirməsinə qarşı etiraz məqsədilə başladılan vətəndaş itaətsizliyi kampaniyası artıq yeddinci gündür davam edir.

Şənbə günü ölkə boyu on minlərlə insan nümayişlərdə iştirak edərək, ordunun oktyabrın 25-də hakimiyyəti ələ keçirməsinə qarşı yürüş keçiriblər. General Abdel Fəttah əl-Burhan oktyabrın 25-də hökuməti devirib, ölkədə fövqəladə vəziyyət elan edib və Sudanın mülki rəhbərliyini həbs edib

Bu addım beynəlxalq qınaqlara səbəb olub, dünya qüdrətləri ölkədə mülki hakimiyyətin bərpasına və ordunun etirazçılara qarşı “təmkin” göstərməyə çağırıb.

Şənbə günü nümayişlər zamanı azı üç nəfər güllələnərək öldürülüb, 100-dən çox insan yaralanıb. Həkimlər ölənlərin başları, sinələri və qarınlarına güllə yarası aldıqlarını bildirib. Bununla da etirazlar başlayandan bəri ölənlərin sayı 11-ə çatıb.

Polis qüvvələri etirazçıların öldürüldüyünü və canlı güllədən istifadə etdiklərini inkar edib.

Paytaxtda və bir çox digər şəhərdə yürüş keçirən və Sudan bayraqlarını daşıyan etirazçılar “Hərbi hakimiyyətə yox,” kimi şüarlar səsləndirib. Polis qüvvələri isə onları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Bundan əlavə şənbə günü 100-dən çox insan xəsarət alıb. Onların bəziləri gözyaşardıcı qaz səbəbilə nəfəs almaqda çətinlik çəkir. Bu barədə Sudan Həkimlərinin Mərkəzi Komitəsi məlumat verib.

Sudan tam mülki hakimiyyətə keçid prosesinin bir hissəsi olaraq 2019-cu ilin avqust ayından bəri Baş nazir Abdalla Hamdokun hökumətinin başçılığı ilə ortaq mülki-hərbi şura tərəfindən idarə olunurdu.

Əsgərlər küçələrdədir

Hamdok və digər yüksək səviyyəli liderlər hazırda ya həbsdə ya da ev dustağındadırlar.

ABŞ Prezidenti Co Bayden çevrilişi “ciddi geriləmə” adlandırıb, Avropa İttifaqı isə Sudanın üzvlüyünü hakimiyyətin “qeyri-konstitusion” ələ keçirilməsi səbəbilə dayandırıb.

Dünya Bankı və Birləşmiş Ştatlar yardımları dondurub. Bu addım onsuz da ağır iqtisadi böhran yaşayan ölkəyə ciddi təsir göstərəcək.

Lakin sərt xərt tərəfdarı eks-prezident Ömək əl-Bəşir 2019-cu ildə gənclərin başçlıq etdiyi etizlar nəticəsində devriləndən sonra de-fakto lider olan Burhan israr edir ki, ordunun hakimiyyəti ələ keçirməsi “çevriliş” deyil.

Şənbə günü gecə saatlarında Xartum və Omdurmanda etirazlar dağılsa da, bazar səhər etirazçılar yenidən küçələrə axışaraq, daşlar və təkərlərlə yolları bloklayıblar.

Xartumda mağazaların çox hələ də bağlıdır, hökumət işçiləri isə ölkəboyu aparılan etiraz kampniyası çərçivəsində işə getməkdən imtina edirlər.