Sudan Azərbaycandakı səfirliyini bərpa edib

Sudan Azərbaycandakı səfirliyini bərpa edib

Səfirlik 1999-cu ildə maliyyə çətinlikləri ilə əlaqədar fəaliyyətini dayandırıb.
Sudan Azərbaycandakı səfirliyinin fəaliyyətini bərpa edib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə səfirliyin nümayəndəsi Azərbaycan XİN-də tanışlıq görüşü keçirib.
Görüş zamanı ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycanla Sudan arasında diplomatik əlaqələr 1993-cü fevralın 16-da qurulub.
1993-1999-cu illərdə Bakıda Sudan səfirliyi fəaliyyət göstərib.