Sudan qüvvələri etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib

Televiziyada yayımlanan görüntülərə görə, şənbə günü hərbi hakimiyyətə qarşı olan etirazçılar gözyaşardıcı qazlara və rabitənin kəsilməsinə baxmayaraq bu həftə artıq ikinci dəfədir Xartumda prezident sarayına yaxınlaşıblar.

Bir şahid Reutersə bildirib ki, Sudan təhlükəsizlik qüvvələrioktybarın 25-də baş verən çevrilişdən sonra kütləvi nümayişlərin onuncu günündə izdihamı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Eitrazlar Abdallah Hamdok ötən ay yenidən baş nazir təyin olunandan sonra da davam edib.

Nümayişçilər bir həftə öncə sarayın qapıları önündə oturaq aksiya keçirməyə nail oldular, lakin şənbə günü onlar orada təhlükəsizlik qüvvələrinin çox sayda üzvləri ilə qarşılaşdılar.

Paytaxt Xartumda internet xidmətləri kəsilib və yerli insanlar şənbə günü telefonla nə zəng edə nə də zəng qəbul edə biliblər. Şahidlər deyir ki, əsgərlər və Çevil Dəstə Qüvvələri Xartumu Omdurmanla birləşdirən körpülərə aparan yolları blok ediblər.

Buna baxmayaraq Madani və Atbara daxil olmaqla başqa şəhərlərdə etirazların keçirildiyini göstərən şəkillər paylaşmağa nail olublar.

Bir başqa şahid Reutersə deyib ki, qonşu Omdurmanda da təhlükəsizlik qüvvələri şəhəri Xartumla birləşdirən körpüdən 2 kilometr aralıda etirazçılara gözyaşardıcı qaz sıxıblar.

Dövlət xəbər agentliyi SUNA xəbər verir ki, Xartum vilayəti cümə günü etirazlar gözləndiyi üçün körpüləri bağlayıb.

“Dinc etirazlardan yayının, Xartumun mərkəzində suveren və strateji obeykrlərə yaxınlaşmaq qanun pozuntusudur,” SUNA bildirib.

“Hərc-mərclik və zorakılıqların qarşısı alınacaq,” xəbər agentliyi əlavə edib. Nümayişçilər azad seçkilərə keçid zamanı ordunun hökmətdə rol oynamamasını tələb edir. Xartumda etirazçılar “Küçəni bağlayın! Körpünü bağlayın! Burhan birbaşa sizin yanınıza gələcək!” deyə şüarlar səsləndiriblər. Onlar ordu lideri və suveren şuranın başçısı Abdel Fəttah əl-Burhanı nəzərdə tutublar.