Sudanın Keçid Hərbi Şurasının çərşənbə axşamı verdiyi məlumata görə, o, əsas müxalif koalisiya ilə mövcud razılaşmaları ləğv edib və paytaxt Xartumda Müdafiə Nazirliyinin qarşısında keçirilən aksiya zamanı ölümcül hücumdan sonra yeni seçkilərin keçirilməsinə çağırıb.
Sudanın Keçid Hərbi Şurası ilə Azadlıq və Dəyişiklik Bəyannaməsi Qüvvələri arasında bir neçə həftədir ki, danışıqlar dalana dirənib.
Sudanın təhlükəsizlik qüvvələrinin paytaxt Xartumda oturaq aksiya keçirən etirazçılaçılara və müxalif tibb işçilərinə hücumu nəticəsində 35-dən çox adam öldürülüb. General-leytenant Əbdel Fəttah Əl-Burhan hücumun araşdıralacağına söz verib.
O, hərbi şuranın hakimiyyətdə qalmaq niyyətində olmadığını və doqquz aya regional və beynəlxalq monitorinq qruplarının müşayiəti ilə seçkilərin keçiriləcəyini bildirib.