Sudanın baş naziri Abdalla Həmdokun vəzifəsinə qayıtması siyasi keçidi təmin edə bilər

Sudanın baş naziri Abdalla Həmdok dövlət çevrilişinin səbəb olduğu həftələrdir davam edən iğtişaşlardan sonra ordu ilə razılaşmaya əsasən vəzifəsinə bərpa edilib. Hərbçilərin bütün siyasi məhbusları azad edəcəyinə dair sözünü tutmadığına görə etirazçılar demokratiya uğrunda nümayişləri davam etdirəcəklərinə söz verib.

Baş nazir Abdalla Həmdok səlahiyyətləri ölkədə siyasi keçidi davam etdirmək üçün geri alıb. Hərbçilərin oktyabrın 25-də hökuməti devirməsindən və bəzi siyasətçiləri həbs etməsindən sonra Həmdok ev dustaqlığında saxlanılırdı.

Sudanlı insan haqları müdafiəçisi Süleyma Əl-Xəlifənin bildirdiyinə görə, hazırkı razılaşma yerlərdə vəziyyəti dəyişməyib.

“Biz bunu gözləmirdik. Bu bizim üçün çox gözlənilməz oldu. Biz güclü təzyiqlər olmasından qorxuruq. Hamdok təzyiq altındadır, çünki bu məntiqli deyil və onun etdikləri də məntiqli deyil. Çünki insanların hüquqlarının tapdalanması hələ də davam edir. Ayın 25-dən bəri dövlətimiz də yoxdur " - deyə, Əl-Xəlifə bildirib.

Demokratiya tərəfdarı olan qudanlı həkimlər qrupunun bildirdiyinə görə, bazar günü Omdurman şəhərindəki etiraz aksiyası zamanı bir yeniyetmə güllələnərək öldürülüb. Sudan Həkimləri Mərkəzi Komitəsi çevrilişdən bu yana 41 nəfərin öldüyünü bildirib.

Beynəlxalq Böhran Qrupunun Sudan məsələləri üzrə baş analitiki Yonas Horner bazar günü Xartumda baş tutan siyasi razılaşmadan sonra baş nazirin səlahiyyətlərinin azalacağını deyib.

"Görünür Həmdok hakimiyyətə müəyyən təzyiq altında qaytarılıb. O, hesablayıb ki, kənarda qalmaqdansa, 25 oktyabr çevrilişini həyata keçirən hərbçilərin möhkəm nəzarətində olduğu görünən prosesin içində olsun. Hərbçilər Hamdoku geri qaytarmağa ümid edirdilər ki, bu, onların əsas strateji yanaşması idi. Hamdok hərbi hökumətə etibarlılıq səviyyəsini qaldırıb” - deyə, Horner bildirib.

Sudanda bəzi insanlar çevrilişdən əvvəl və sonra orduya qarşı dik durduğu üçün Hamdoku siyasi qəhrəman kimi görür.