Meksika hökuməti ötən sentyabrdan yoxa çıxmış 43 kolec tələbəsinin taleyinə dair tarixi həqiqətin açıqlanmasının zamanının çatdığını bildirib. Tələbələrin narkotik alverilə məşğul olduğu ehtimal edilən qrup tərəfindən qətlə yetirildiyi deyilir.
Baş prokuror Cesus Murillo müxbirlərə deyib ki, hamısı oğlan olan tələbələr Querrero ştatında polis zabiti uniforması geyinmiş şəxslər tərəfindən həbs edilib və Guerreros Unidos cinayətkar qrupun üzvlərinə təhvil verilib.
Cinayətkarlar tələbələri zibilxanaya apararaq qətlə yetirib, daha sonra cəsədləri yandıraraq yaxınlıqdaki çaya atıb.
Cəsədlər tamamilə yandığından yalnız bir tələbənin kimliyi müəyyən edilə bilib.
Təhqiqatçılar cinayət yerindən toplanmış dəlillərə və iki həftə bundan əvvəl həbs edilmiş Guerreros Unidos-un üzvünün etirafı da daxil olmaqla, bir neçə şahidin ifadəsinə əsasən bu qənaətə gəlib.