İran azərbaycanlısı tələbə fəallarından biri olan İbrahim Əhmədpur məhkəmə prosesi başa çatana qədər Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti olaraq sərbəst buraxılıb.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin məlumatına görə, İbrahim Əhmədpur martın 2-də müvəqqəti olaraq Təbriz Mərkəzi Həbsxanasından zaminə buraxılıb.
Hələlik ona qarşı irəli sürülən ittihamlar və qoyulan girovun məbləği barədə məlumat yoxdur.
Əhmədpur fevralın 27-də səhər saatlarında Təbriz polis qüvvələrinin kəşfiyyat şöbəsinə çağırılaraq həbs edilmişdi. Daha sonra o, Təbriz polis qüvvələrinin Kəşfiyyat İdarəsinin təcridxanasında bir günlük dindirildikdən sonra Təbriz Mərkəzi Həbsxanasına köçürülmüşdü.
İbrahim Əhmədpur Təbriz Universitetinin siyasi elmlər üzrə magistr tələbəsidir.