Məhkəmə Dominik Ştrauss-Kahn barədə qərarını açıqladı

Nyu-York məhkəməsinin hakimi bildirir ki, Beynəlxalq Valyuta Fondunun sabiq rəhbəri Dominik Ştrauss-Kahn qarşı qaldırılan məhkəmə prosesində ödəniş barədə razılıq əldə olunub.

Hakim bunu dünən tərəflər arasındakı razılıq danışıqlarının aparıldığı dinləmədə bəyan edib.

Fransa iqtisadçısı və siyasətçisi 2011-ci ilin may ayında Nafissatu Diallo onun Nyu-York mehmanxana lüks nömrə otağını təmizləyərkən xadiməyə qarşı seksual təcavüz etdikdən sonra həbs edilib.

Prokurorlar sonradan Diallonun inandırıcı şahid olmadığını hesab edərək Ştrauss-Kahna qarşı ittihamları geri götürüblər. Qalmaqal Ştrauss Kahnı Beynəlxalq Valyuta Fondundakı vəzifəsindən istefa verməyə vadar edib və onun Fransanın prezidenti vəzifəsinə potensial namizədlik şanslarına ağır zərbə endirib.