Güneyli hekayəçi Həmid Sənayi Amerikanın Səsi ilə söhbətdə Güney Azərbaycan və İranın digər bölgələrində söylənən türkcə xalq nağıllar və şeir-hekayələrin xüsusiyyətləri, həmin nağılların daşıdığı mənəvi-əxlaqi dəyərləri, habelə insanlara, xüsusilə uşaqlara verdiyi mesajı şərh edib. O həmçinin xalq nağıllarını qoruyub-yaşatmağın önəmi haqda danışıb.
Həmid Saneyi Almaniyada mühacirətdə yaşayan Azərbaycan və Anadolu türklərinin təşkil etdiyi mərasimlərdə güneyə özəl xalq nağıllarını qaval ifası ilə birlikdə anladır. O bu nağılları uşaqlıq çağlarından əzbərləməyə başladığını deyir.
“Çox kiçik idim, elektrik yoxuydu, televiziya yoxuydu, böyüklər kiçiklərə nağıl anladardı... Elə mən o zamanlardan nağıl anlatmağı sevdim, nağılları öyrənib başqa uşaqlara anladardım,” deyə Saneyi uşaqlıq xatirələrini anladır.
Yeniyetməlik və gənclik dönəmlərində xalça toxumaq işi ilə məşqul olan Həmid Saneyi bildiyi bəzi nağılları da xalça toxuyarkən işin ritminə uyğun şeir-nağıl oxuyan özündən yaşca daha böyük olan ilməkçilərdən öyrəndiyini deyir.
Almaniyada müacirətdə yaşayan sənətçi günümüzdə ailələr içində nağıl anlatmaq ənənəsinin getdikcə aradan qalxdığını qeyd edir.
“Bütün nağıllarımızda düzlük, doğruluq, haqq və ədalət, eləcə də qəhramanlıq kimi dəyərləri əks etdirən məqamlar mövcüddür,” deyə Saneyi xalq nağıllarını qoruyub- yaşatmağın önəmli olduğunu vurğulayır.
“Bu nağılların aradan gedib ölməsinə icazə verməməliyik. Nağılları toplayıb, saxlamaq bizim vəzifəmizdir. İranda televiziyalar yaymırsa, biz nağıllarımızı Facebook kimi sosial şəbəkələrdən istifadə edərək yaya bilərik,” deyə o əlavə edir.
Həmid Saneyinin sözlərinə görə, muxtəlif türk xalqların oxşar nağılları vardır və bu nağıllar bəzən də bir-birinin fərqli variantlarıdırlar.
Your browser doesn’t support HTML5
Həmid Saneyi Almaniyada mühacirətdə yaşayan Azərbaycan və Anadolu türklərinin təşkil etdiyi mərasimlərdə güneyə özəl xalq nağıllarını qaval ifası ilə birlikdə anladır. O bu nağılları uşaqlıq çağlarından əzbərləməyə başladığını deyir.
“Çox kiçik idim, elektrik yoxuydu, televiziya yoxuydu, böyüklər kiçiklərə nağıl anladardı... Elə mən o zamanlardan nağıl anlatmağı sevdim, nağılları öyrənib başqa uşaqlara anladardım,” deyə Saneyi uşaqlıq xatirələrini anladır.
Bu nağılların aradan gedib, ölməsinə icazə verməməliyik. Nağılları toplayıb, saxlamaq bizim vəzifəmizdir. İranda telviziyalar yaymırsa, biz nağıllarımızı facebook kimi sosial şəbəkələrdən istifadə edərik yaya bilərik.Həmid Saneyi