Apple-ın qurucusu Stiv Cobsun ölümündən 10 il keçir

Your browser doesn’t support HTML5

Mədəaltı vəzi xərçəngi ilə uzun illər mübarizə aparan Stiv Cobs 2011-ci ilin oktyabrın 5-də ildə vəfat edib. O, 56 yaşında idi. Kompüter aləmində o, heç kimin olmadığı qədər bir ulduza çevrilmişdi. Onun həyatı haqqında kitablar yazılıb, filmlər çəkilib. Moda dünyası belə Stiv Cobsun görünüşü ilə maraqlanıb. Sirakus universitetinin professoru Robert Tomson: “O, şirkətə ictimai bir sima verdi və Apple-la sinonim oldu. Apple bizim yaşadığımız dünyanı xeyli fərqli, yeni, rəqəmsal məkana bənzər bir dünyaya çevirdi.“

1976-cı ildə 21 yaşlı Cobs dostu Stiv Vozniakla birlikdə Apple-ı qurdu. Sonra Macintosh adını verdiyi yeni bir fərdi kompüter modelini yaratdı və ilk milyonunu qazandı. 1985-ci ildə Cobs şəxsi münasibətlərə görə Apple-dan ayrıldı. 1996-cı ildə müştəri çatışmazlığı yaşayan şirkətə geri döndü. İşin başına keçməsindən sonra Apple yenidən ayağa qalxdı və bir neçə il sonra iMac, iPod, MacBook, iPhone və iPad kimin fərdi kompüterlər yaratmağa başladı. Robert Tomson: "Apple təkcə texnoloji inqilab deyil, həm də həyat tərzi oldu."

Cobsun ölümündən sonra da bu texnologiya nəhəngi yeni bazarlara çıxmaqda və yeni rekordlar qırmaqdaa davam etdi. 2018-ci ildə Apple dünyada trilyon dollar kapitali olan bir şirkətə çevrildi. 2020-ci ildə bu rəqəm ikiqat artdı. Şirkət iPhone-lara yeni - AirPods adlı simsiz qulaqlıq və Apple Watch kimi yeni məhsullar hazırladı.

Mütəxəssislər Cobsun ölümündən sonra Apple-a rəhbərlik edən Tim Kukun şirkətin son on ildə əldə etdiyi nailiyyətlərində böyük əməyi olduğunu deyirlər. Texniki investor və Maliyyə üzrə analitik Pol Miks: "Aydındır ki, Stiv Cobs uzaqgörən adam idi. Ancaq o öldükdən sonra şirkətin uzaqgörən bir şəxsə deyil, əməliyyatları həyata keçirə biləcək birinə ehtiyacı var idi. Beləliklə, Tim Kukun Apple-ın həmin mərhələsi üçün mükəmməl şəkildə uyğun olduğuna əminəm. O, həmişə pərdə arxasında olan adamdlr. O, daha qapalı şəxsdir. Alovlu Stiv Cobs əlbəttə ki, bir nömrəli, o isə daha az alovlu olduğuna görə iki nömrəlidir"

Ancaq bəzi maliyyə analitikləri Stiv Cobsun mirasının artıq həssaslaşdığını və texnologiya nəhəngi olaraq qalmaqda davam etmək üçün Apple-ın qeyri-adi bir şey etməli olduğunu deyirlər. "Mənim proqnizuma görə, gələcəkdə onun böyüməsinin sürəti xeyli azalacaq. Beləliklə, Apple-ın yeni bir hiylə ilə çıxış etməsi gərəkdir. Və problem ondadır ki, bu qədər böyük bir şirkət olanda, kiçik bir uğur ola bilməz. Böyük bir uğur olmalıdır - hətta qeydiyyatdan keçmək üçün çoxmilyardlarlı bir satış" - deyə, Pol Miks nildirir.

Reuters-in bildirdiyinə görə, Apple-ın növbəti iddiası canlı və rəqabətli avtonom elektrikli avtomobil istehsal etməkdir. Lakin indiyə qədər bunu təsdiq edən olmayıb. Ancaq Apple markasının etdiklərinə baxdıqda, bir gün insanların Apple avtomobilinin ən yeni versiyası üçün növbəyə düzüləcəyini də görmək olacaq.