Steynar Gil: Azərbaycan Avropa Birliyinin dəyərlərini bölüşmür

Steynar Gil

Norveçin Azərbaycanda keçmiş səfiri Steynar Gil Oslonun Bakıdakı səfirliyi bağlamaq və onu Tbilisiyə köçürmək qərarına münasibət bildirib.

"Düşünürəm ki, Norveç XİN-in bəyanatında sualınızın cavabı verilib. Gürcüstan 2012-ci ildə Osloda səfirlik açıb. Bizim Gürcüstanda işləməyimiz həmişə daha asan olub, çünki bu ölkə fəal şəkildə islahatlar aparır və bizim dəyərlərimizi bölüşür, Azərbaycanda bugünkü rejim haqqında isə bunu demək olmaz," sabiq səfir bildirib.

İslahatlar aparan Gürcüstan Cənubi Qafqazda Norveçin əsas tərəfdaşıdır.

Steynar Gil 13 il əvvəl Norveçin Azərbaycanda səfiri olub.

Norveç hökuməti bu il noyabrın 10-da Azərbaycandakı səfirliyinin bağlanması barədə qərar qəbul edib.

Norveç xarici işlər naziri Eriksen Soreyden bildirib ki, iki ölkə arasında münasibətlər Norveçin Türkiyədəki səfirliyi vasitəsilə tənzimlənəcək. Bakıda baş konsulluq fəaliyyət göstərəcək.

Bununla belə, Oslo Gürcüstanda səfirlik açılması barədə qərar qəbul edib. Bu qərarı şərh edən Soreyde bildirib ki, "Gürcüstan Cənubi Qafqazda Norveçin əsas tərəfdaşıdır".

Siyasi motivli həbslərin geniş hal aldığı Azərbaycan qlobal demokratiya indeksində aşağı reytinqlərə malikdir.

O, qeyd edib ki, Gürcüstanda həyata keçirilən islahatlar onu "Avropa qurumları və Avroatlantik qurumlarla yaxınlaşdırıb."

Norveçin Azərbaycanda səfirliyini bağlamaq barədə qərarından sonra Azərbaycan Skandinaviya ölkələri üzrə İsveçdəki səfirini geri çağırıb. Prezident Adminsitrasiyasının yüksək rütbəli rəsmisi Norveçin Azərbaycanda 2002-2006-cı illərdə səfiri olmuş Steynar Gilin ünvanına tənqidi fikirlər səsləndirib.