ABŞ-da qərargahlanan Xarici Siyasət Araşdırma İnstitutunun Avrasiya proqramının baş elmi tədqiqatçısı Stefen Blank Amerikanın Səsinə müsahibədə Azərbaycanla Ermənistan arasında sülh perspektivini şərh edib.
Amerikanın Səsi: Azərbaycan və Ermənistan sülh sazişi əldə etməzdən əvvəl həll edilməli olan məsələlər hansılardır və onları yaxın aylarda həll etmək mümkündürmü?
Stefen Blank: İcazə verin, ikinci sualdan başlayım, çünki bu, əslində birinci olmalıdır. Bəli, sülh müqaviləsi imzalana bilər. Düşünürəm ki, üçüncü tərəfin vasitəçiliyinə ehtiyacı olacaq. Və bu ABŞ, ya da Avropa olmalıdır. Ya da İkisi birlikdə. Çünki başqa heç kim etibarlı və qərəzsiz deyil. Və başqa heç kimin buna zəmanət vermək səlahiyyəti yoxdur. Və onların regionda gizli maraqları yoxdur. Türkiyə və Rusiyanın isə var. Və Türkiyə Ermənistan üçün də məqbul olmazdı. Rusiya isə sadəcə oynayır və bu iki dövlət üzərində öz gücünü bərpa etmək istəyir.
Məsələlərə gəldikdə isə bunlar standart məsələlərdir. Hər iki tərəf digərinin sərhədlərini qəbul etməyə razılaşmalıdır - bu müəyyən edilməlidir, sərhədlər nədir? Bu o demək olard ki, Naxçıvanın Azərbaycanın qalan hissəsi ilə sərbəst əlaqə bilməsi üçün bir növ məqbul həll you hazırlanmalıdır. Zəngəzur dəhlizi və sairə ilə bağlı təfərrüatlara girmək istəmirəm. Azərbaycan dövlətinin, ilk başda sovet dövründə Azərbaycan Respublikasının yaradılması Azərbaycanın Türkiyəyə yaxın olmasının qarşısını almaq üçün nəzərdə tutulmuşdu. Və bu heç bir halda ideal vəziyyət deyil, ona görə də kimsə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan muxtariyyəti arasında hansısa formada tənzimlənən əlaqəyə zəmanət verməli olacaq. Bütün döyüş hərəkətlərinə son qoyulmalıdır. Sərhədlərin müəyyən edilməsi var ki, buna üçüncü şərt olaraq Naxçıvanla Bakı arasında məqbul müntəzəm əlaqə formasının müəyyənləşdirilməsi daxil ola bilər. Dördüncüsü - iqtisadi müharibənin bütün əlamətlərinin aradan qaldırılması - yəni, məsələn, Türkiyə tərəfindən Ermənistanın blokadasına son qoyulmalıdır və bir ölkə tərəfindən digərinə tətbiq olunan müxtəlif sanksiyalar mərhələləi şəkidlə aradan qaldırılmalıdır. Beçincisi, Ermənistan və Azərbaycanı iqtisadi cəhətdən birləşdirə və daha çox əməkdaş edə biləcək bir prosedur olmalıdır ki, bu bir daha təkrarlanmasın. Və altıncısı- vasitəçi sülhə zəmanət verməli olacaq. Hər ki tərəfdə qaçqınların BMT və ya BMT qoşunlarının himayəsi altında məskunlaşdırılması bunun bir nümunəsidir. Bu, nəzərdən keçirilməli olan şeylərdir. Bundan sonra artıq iki dövlət olacaq ki, onlar bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyacaq, aralarında iqtisadi əlaqə olacaq, sərhədlərinin və Naxçıvan və dəhliz probleminin aydın və qəbul edilmiş statusu və bütün döyüş hərəkətlərinə son qoymaq üçün razılaşma olacaq. Və yəqin ki, başqa məsələlər də var, amma bu yaxşı başlanğıcdır.
Amerikanın Səsi: Rusiya bölgədəki bir neçə sülhməramlı postunu bağlayıb. Ancaq Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda bildirib ki, sülhməramlı qüvvələr 2025-ci ilə qədər bölgədə qalacaq. Onlara hələ də ehtiyac varmı?
Stefen Blank: Sülh razılığı olsa, yoxdur. Bu da sülh razılığının olması üçün bir başqa səəbdir. Çünki onlar sülh razılığını tətbie tmək üçün orada deyillər. Onların missiyası sülh razılığ ilə başa çatır. Və mən bunu hüquqi terminlərlə ifadə edirəm, strateji və siyasi qanunları demirəm belə.
Amerikanın Səsi: Ermənistan baş naziri iki ölkə arasında kommunikasiya və nəqliyyat xəttlərinin açılmasına yönəlmiş “Sülh yollarının kəsişməsi ” layihəsini təqdim edib. Bu nə dərəcədə mümkündür? Və bu, regionun gələcəyi üçün nə vəd edir?
Stefen Blank: Mən bir öncəki sualımda buna işarə etdim. Əgər sülh müqaviləsi varsa, bu mümkündür. Əks halda yox. Sülh müqaviləsi əldə etdikdən sonra sülh müqaviləsinin elementlərindən biri də ondan ibarət olmalıdır ki, Ermənistanın bu tip layihələrdən kənarda saxlanması kimi bütün iqtisadi müharibə hərəkətlərinə son qoyulmalıdır. Ermənistanla Azərbaycan arasında normal iqtisadi münasibətlər yaranması hər iki tərəfin eləcə də Qərbin marağında olardı. Beləliklə, Ermənistan ərazisindən dəmir yolu və digər şeylər keçə bilər. iki tərəf birlikdə iş görə bilər. Birlikdə pul qazanarlar, ümumi maraqları inkişaf etdirərlər və Qərblə daha çox əlaqə yaradarlar.
Amerikanın Səsi: Ermənistan, Azərbaycan, İran, Rusiya və Türkiyənin xarici işlər nazirləri oktyabr ayında Tehranda "3+3" formatında ikinci görüş üçün bir araya gəliblər. Türkiyə və İran bu formata üstünlük verdiklərini bildiriblər, çünki bu format xarici oyunçuları istisna edir. Sizcə, bu format nə dərəcədə effektivdir?
Stefen Blank: Məncə, bunu hələ görəcəyik. Onların əsl gündəminin nədən ibarət olduğu mənə aydın deyil və düzünü desəm, İrana, Rusiyaya heç nədə güvənmirəm. Türkiyənin hədəfləri də kifayət qədər aydındır. Mən azərbaycanlılar və ermənilərin əslində iranlıların və rusların bu qədər yaxından iştirakını istədiklərinə əmin deyilə, bu, zərurətdən irəli gələn bir məsələ ola bilər. Amma mən buna şübhə ilə yanaşıram və onların gündəminin nə olduğunu bilmirəm.