Filip Krouli:"ABŞ Azərbaycanı təhlükəsizlik məsələlərində dəyərli tərəfdaş hesab edir"

Filip Krouli:"ABŞ Azərbaycanı təhlükəsizlik məsələlərində dəyərli tərəfdaş hesab edir"

ABŞ Dövlət Departamentinin sözçüsü Filip Krouli Azərbaycanın ABŞ-la birgə təlimlərdə iştirakını təxirə salmaq qərarı, habelə Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesi ilə bağlı son inkişafları şərh edib

ABŞ Dövlət Departamentinin sözçüsü Filip Krouli gündəlik brifinq zamanı jurnalistlərin Ermənistanın Türkiyə ilə protokolların ratifikasiyasını dayandırmaq qərarı və Azərbaycanın ABŞ-la birgə birgə hərbi təlimlərdə iştirak etməmək qərarı ilə bağlı sualları cavablandırıb.

“Prezident Sarkisyanın qərarı bizi təəccübləndirmədi”deyən Krouli bildirib ki, ABŞ Vaşinqtonda nüvə sammiti zamanı Ermənistan və Türkiyə ilə intensiv müzakirələr aparıb və Azərbaycanla da davamlı olaraq əlaqə saxlayıb. O qeyd edib ki, ABŞ tərəflərin prosesdən yayınmadığından razı qalıb, lakin eyni zamanda prosesi davam etdirəcək yeni məqam əldə etmək üçün vaxta ehtiyac olduğunu da başa düşür. Krouli ABŞ-ın prosesin gələcəyi ilə bağlı nikbinliyini bildirib. Onun sözlərinə görə, ABŞ-ın nüvə təhlükəsizliyinə dair sammitdə Türkyə və Ermənistana mesajı da prosesi davam etdirməkdən ibarət olub. “Əgər tərəflər indi vaxtın münasib olmadığını düşünürsə, o zaman geri çəkilib proresi irəli aparmağın yeni yollarını müzakirə edə bilərik.”

Filip Kroulu Azərbaycanın NATO-nin birgə təlimlərdə iştirak etməsini təxirə salmaq qərarı ilə bağlı sualı cavablandıraraq bildirib ki, Birləşmiş Ştatlar Azərbaycanı bir sıra təhlükəsizlik məsələlərində dəyərli tərəfdaş hesab edir. O, Azərbaycanın qərarı ilə bağlı sualı Azərbaycan hökumətinə, hərbi təlimlərlə bağlı sualı isə ABŞ Müdafiə nazirliyinə ünvanlamağı tövsiyə edib. Kroulu əlavə edib ki, ABŞ Rusiya və Fransa ilə birlikdə ATƏT çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinin uzunmüddətli həllini tapmaq yolları üzərində işləyir.

Krouli Azərbaycanın qərarında İranın roluna dair sualın cavabında deyib ki, buna heç bir işarə yoxdur.