Daha bir qaradərili polis tərəfindən güllələndi

Bu gün səhər tezdən ABŞ-ın Missuri ştatında polisin bir qaradəriliyə atəş açaraq öldürdüyü bildirilir. Sent-Luis yaxınlığındakı Berkli polis məntəqəsinin sözçüsünün dediyinə görə, hadisə polis işçisinin yanacaq stansiyasında yoxlanış apardığı vaxt baş verib. Sözçü ikinci şəxsin hadisə yerindən qaçdığı deyib.

Hadisə yeri və polis məntəqəsinin qarşısına onlarla insanın toplaşdığı bildirilir.

Sent-Luisin "Post-Dispatch" qəzeti öldürülən şəxsin 18 yaşlı Antonio Martin olduğunu yazır. Martinin anası olduğunu deyən qadın müxbirlərə bildirib ki, oğlunun qız dostu baş verənləri başqa cür təsvir edib.

Berkli şəhəri ağdərili polisin 18 yaşlı Maykl Barunu öldürdüyü Ferquson şəhərinin qonşuluğunda yerləşir.