Azərbaycan müdafiə naziri Moskvaya gedib

Visitors watch fireworks at Toshimaen amusement park in Tokyo, Japan.

Avqustun 11-də Azərbaycanın müdafiə naziri Zakir Həsənov Rusiya müdafiə naziri Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə səfərə gedib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində Z.Həsənov “Beynəlxalq ordu oyunları - 2017” yarışlarının rəsmi bağlanış mərasimində iştirak edəcək.

“Beynəlxalq ordu oyunları - 2017” yarışları iyulun 29-dan avqustun 12-dək eyni zamanda 5 ölkədə – Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya və Çin ərazisində keçirilir.