Rusiyanın Srebrenitsa faciəsini qəbul etməməsi Azərbaycanda etirazla qarşılanıb [Audio-müsahibələr]

Ekspertlər Azərbaycan hökumətini qərbə qarşı mövqeyini dəyişməyə çağırır

BMT Təhlükəsizlik Şurasında Srebrenitsa soyqırımının 20 illiyi ilə əlaqədar Böyük Britaniya tərəfindən təqdim edilmiş qətnamə layihəsi səsverməyə çıxarılıb. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən ancaq Rusiya sənədə veto qoyub.

Məlumata görə, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin qətnamənin bütün Balkan regionunda vəziyyəti pisləşdirəcəyini bəyan edib və özünün veto hüququndan istifadə edib. Bu isə BMT TŞ-nin üzvü olan qərb dvlətləri tərəfindən narazılıqla qarşılanıb.

Sənəddə Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində törədilmiş soyqırımı, eləcə də insanlıq əleyhinə digər təsdiq edilmiş hərbi cinayətlər kəskin şəkildə ittiham edilir. Bildirlir ki, bölgədə barışıq üçün əsas şərtlərdən biri Srebrenitsa hadisələrinin soyqırımı olduğunu qəbul etməkdir.

Müzakirələr zamanı BMT TŞ-nin daimi və qeyri-daimi üzvlərindən 10-u, o cümlədən, ABŞ, Böyük Britaniya, Fransa və İspaniya sənədi dəstəkləyib. Dörd ölkə - Anqola, Venesuela, Çin və Nigeriya bitərəf qalıb. Beləliklə, daimi üzv Rusiya əleyhinə səs verdiyi üçün layihə qəbul edilməyib.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer Rusiyanın sənədə veto qoymasını Təşlükəsizlik Şurasının tarixində "ləkə" kimi qiymətləndirib.

"Rusiyanın vetosu bu ailələrin qəlbini qırır. Bu, Təhlükəsizlik Şurasının tarixində növbəti ləkədir".

Samanta Pauer

"Rusiyanın vetosu bu ailələrin qəlbini qırır. Bu, Təhlükəsizlik Şurasının tarixində növbəti ləkədir”, o qeyd edib.

Britaniyanın daimi nümayəndəsinin müavini Piter Uilson deyib ki, Rusiyanın qərarı soyqırımı zamanı həlak olanların xatirəsinə hörmətsizlikdir.

"Rusiya öz qərarını İkinci dünya müharibəsindən sonra Avropada baş vermiş ən qəddar cinayət zamanı öldürülmüş 8 min insanın ailəsinə izah etməlidir. Britaniyanın hazırladığı sənəd heç kəsin üzərinə məsuliyyət qoymur, siyasi hesab aparmaq məqsədi daşımır və Bosniya və Herseqovinada, eləcə də Balkanlarda fikir ayrılığını yenidən qaldırmağa cəhd etmir. Hərbi cinayət hər iki tərəfdən baş verib. Layihə serbləri günahlandırmır, əksinə, barışıq məqsədi daşıyır".

"Rusiya öz qərarını İkinci dünya müharibəsindən sonra Avropada baş vermiş ən qəddar cinayət zamanı öldürülmüş 8 min insanın ailəsinə izah etməlidir".

Piter Uilson

Xatırladaq ki, 11 iyul 1995-ci ildə BMT-nin "təhlükəsizlik zonası" elan etdiyi Srebrenitsaya general Radko Mladiçin başçılıq etdiyi Bosniya serblərinin ordusu hücum edib və 8 min müsəlmanı qətlə yetirib. 2007-ci ildə Beynəlxalq Hərbi Tribunal kütləvi qətliamı soyqırımı kim tanıyıb.

BMT-də Srebrenitsada insanların kütləvi qırğınının soyqırım kimi tanınmasına veto qoyması Azərbaycanda da birməınalı qarşılanmayıb. Çünki, Rusiya parlamenti 1915-ci il hadisəılərini “erməni soyqırımı” kimi qəbul edib. Ancaq, Azərbaycanın Xocalı şəhərində insanların kütləvi qırğınını faciə kimi qəbul etməyib və Srebrinitsada müsəlmanların kütləvi qırğını ilə bağlı sənədə BMT-də veto qoyub.

Strateji və Milli Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər bununla bağlı sualın cavabında bildirib ki, İsa Qəmbər deyib ki, Rusiyanın imperiya siyasəti yürüdən bir hakimiyyətə malik olması heç kəsə sirr deyil.

Your browser doesn’t support HTML5

Srebrenitsa faciəsi ilə bağlı İsa Qəmbərin şərhi

“Rusiya hakimiyyəti dolayısı yolla müəyyən dərəcədə özünün də məsuliyyət daşıdığı bir hadisəni təbii ki, soyqırım kimi qiymətləndirməyəcək. Aydın məsələdir ki, Xocalı hadisəsi təkcə ermənilərin törətdiyi bir cinayəty deyil. Rusiyanın, Rusiyanın hakimiyyət dairələrinin, hərbi dairələrinin dəstəyi olmasa idi Ermənistan belə böyük cinayəti törədə bilməzdi. Bu baxımdam Rusiyanın məsələlərə bu cür yanaşması da təəccüblü deyil”.

"Azərbaycanın indiki hakimiyyətinin qərbə qarşı mənasız, arqumentsiz, yersiz hücumlarındansa Rusiyanın aqressiv siyasətinə, Rusiyanın Azərbaycana və bölgədəki problemlərə yanaşmasına prinsipial qiymət verməsi həm həqiqətə dəstək olardı, həm də Azərbaycanın mənafelərinə xidmət etmiş olardı".

İsa Qəmbər

İsa Qəmbər hesab edir ki, bu baxımdan Azərbaycanın indiki hakimiyyətinin qərbə qarşı mənasız, arqumentsiz, yersiz hücumlarındansa Rusiyanın aqressiv siyasətinə, Rusiyanın Azərbaycana və bölgədəki problemlərə yanaşmasına prinsipial qiymət verməsi həm həqiqətə dəstək olardı, həm də Azərbaycanın mənafelərinə xidmət etmiş olardı.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov Rusiyanın “erməni soyqırımı” ilə bağlı qərarının “aydın məsələ” olduğunu bildirib.

Your browser doesn’t support HTML5

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzovun şərhi

“Rusiya Ermənistanla strateji müttəfiqidir. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvüdür, Vahid Gömrük İttifaqının üzvüdür, Avrasiya İttifaqına qoşulur. Yəni, Rusiyanın onun qarşısında qoyduğu bütün şərtləri yetrinə yetirir. Bu baxımdan məsələni müzakirəyə çıxarır öz parlamentində və sair”.

"Bu soyqırımda kifayət qədər Rusiya vətəndaşı iştirak edib. O insanların böyük qismi indi də sağdır və bir qismi bəlkə də müxtəlif vəzifələr daşıyır və ya orduda xidmət edir".

Siyavuş Novruzov

Novruzov son dövrlər Türkiyə ilə də Rusiyanın əlaqələri xeyli genişləndiyini qeyd edib. “Türkiyə ilə Rusiya münasibətlərində yaxınlaşma, istiləşmə var. Bu da göz qabağındadır, “Türk axını” və digər məsələlər də müzakirə olunur”.

O Rusiyada Xocalı faciəsinin də “soyqırım” kimi qəbul edilcəyini də istisna etmir.

“Bununla bağlı da işlər gedir. Təbii ki, bu gün qəbul etməsə də, biz hesab edirik ki, gələcəkdə bu da olacaq. Düzdü burada müəyyən məsələlər var. Burada o vaxtkı Sovet Ordusunun, 366-cı alayın bilavasitə iştirakı var. Bu da Sovetlər Birliyinə aiddir. Rusiya da özünü Sovetlər Birliyinin varisi elan edib. Bu faktı da yaddan çıxarmamalıyıq. 366-cı alayın “Xocalı soyqırımı”nda iştirakı sübutlarla, istintaqla təsdiq olunub. Bu soyqırımda kifayət qədər Rusiya vətəndaşı iştirak edib. O insanların böyük qismi indi də sağdır və bir qismi bəlkə də müxtəlif vəzifələr daşıyır və ya orduda xidmət edir”, Novruzov qeyd edib.

REAL Hərəkatının idarə heyətinin üzvü Azər Qasımlı hesab edir ki, Azərbaycan BMT-də Srebrenitsa səsverməsindən özü dərs çıxarmalıdır.

Your browser doesn’t support HTML5

REAL Hərəkatının idarə heyətinin üzvü Azər Qasımov hesab edir ki, Azərbaycan BMT-də Srebrenitsa səsverməsindən özü dərs çıxarmalıdır

“Azərbaycan bu hadisələrdən nəticə çıxararaq Qarabağ məsələsində, özünün milli təhlükəısizlik məsləsində çalışmalıdır ki, özünə dost ölkələr tapsın. Hansı ki, bu ölkələr qərb ölkələri ola bilər. Məsələn, ABŞ və o cümlədən Avropa ölkələri. Azərbaycan çalışmalıdır ki, onları özünə dost etsin. O ölkələr bizi dost kimi görəndən və bizi özlərinin təhlükəsizlik zonasına daxil etdikdən sonra aydındır ki, Xocalı məsələsini də görəcəklər, Azərbaycanın Qarabağda pozulan hsüquqlarını da görəcəklər. Bizim xarici siyaət bunu etrməli idi”.

"Son illər Rusiya qərbə düşmən kimi baxır. Bu fonda Azərbaycan ədalət axtarırsa özünə dost axtarmalıdır. Hər kəsə demək ki, sən yanlışsan, sən pissən, ikili standartla hərəkət edirsən bu yanlış bir dəyərləndirmədir".

Azər Qasımlı

O Srebrenitsada ABŞ və Avropa Srebritsada müsəlmanların qırılmasını qəbul etdiyini, amma Rusiyanın qəbul etməməsini xatırladıb.

“Çünki Rusiya qərbi özünə tərəfdaş yox, rəqib kimi görür. Hətta, son illər Rusiya qərbə düşmən kimi baxır. Bu fonda Azərbaycan ədalət axtarırsa özünə dost axtarmalıdır. Hər kəsə demək ki, sən yanlışsan, sən pissən, ikili standartla hərəkət edirsən bu yanlış bir dəyərləndirmədir. Hətta deyərdim ki, bu indiki beynəlxalq təhlükəsizlik sistemini anlmamaqdan irəli gələn bir baxışdır”, Qasımlı qüeyd edib.